» » Qayanın divarında otel tikdilər - gecələmək istəyənin həyatı məhv olur - VİDEO

Qayanın divarında otel tikdilər - gecələmək istəyənin həyatı məhv olur - VİDEO

Qayanın divarında otel tikdilər - gecələmək istəyənin həyatı məhv olur - VİDEO

Çətin ki, hansısa milyonçu bu oteldə qalmaq üçün külli miqdarda pul ödəsin. Bu oteldə gecələmək üçün insanda sadəcə pul yox, cəsarət də lazımdır. Perunun Kusko şəhərində qaya divarına bərkidilmiş otel otaqları, görənləri dəhşətə gətirir.

Havada asılı vəziyyətdə qalan şəffaf otaqlar ,yerdən 400 metr hündürlükdədir. Otaqda qalanlar gecə boyu dağlıq ərazinin baxımlı mənzərəsinə tamaşa edə bilər. Amma hər an qəzanın baş vermə ehtimalı oteldə qalanlarda adrenalinini bir anda kəllə çarxa yüksəldir.

Yerlə göy arasındakı otelə adi yolla qalxmaq da, enmək də kifayət qədər təhlükəlidir. Bunun üçün xüsusi kanatdan istifadə edən turistlər, vahiməli olsa da, otelin unikal olduğunu deyir. Otaqlardakı rahatlıqdan çox razı qalan turistlər, qaya divarlarındakı mehmanxanın dünyanın ən həyəcalı oteli olduğunu düşünür.

Bu qeyri adi otelin qonaqları arasında etnik fərqlər də kifayət qədər diqqət çəkir. Yerdən 400 metr hündürlükdə gecələyənlər arasında, yaponiyadan Kanadayadək bir çox ölkədən gələn turistlər var.