» » Bəxtiyar Vahabzadənin doğum günüdür - Video

Bəxtiyar Vahabzadənin doğum günüdür - Video

Bəxtiyar Vahabzadənin doğum günüdür - Video

Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90-cı ildönümündə böyük şairinin uşaqlıq və məslək dostu olan professor Şirməmməd Hüseynov bu il də ənənəsinə sadiq qalaraq onu dünyaya göz açdığı ata yurdunu ziyarət etdi.
Lakin bu il Şirməmməd Hüseynov təkidlə, əvvəlcə Şəkidə dünyaya göz açan dahi mütəfəkkir Mirzə Fətəli Axundovun ev muzeyinə baş çəkdi. Bu isə təsadüfi deyildi. Onlar hər il şairin sağlığında onun doğum günündən bir gün əvvəl Axundovun ev muzeyini birgə ziyarət edirlərmiş.
Bəxtiyar Vahabzadə Şəkinin yuxarı baş məhəlləsində yerləşən, doğulub böyüdüyü ata yurdunu 1964-cü ildə baxçaya hədiyyə verib. Şirməmməd Hüseynov şairin sağlığında həmişə ad günündən bir gün əvvəl ata yurdu olan baxçaya baş çəkdiyini söylədi.
Bəxtiyar Vahabzadənin Azərbaycan poeziyasının, bədii fikrinin deyil, həm də ümümtürk dünyasının dühalarından biri olduğunu deyən Şirməmməd Hüseynov şairi özünəlayiq tərzdə təbliğ etmək, gələcək nəslə tanıtmaq üçün ev muzeyinin yaradılmasına ehtiyac olduğunu və ölkə rəhbərinin imzaladığı sərəncamın həyata keçirilməsinin vacibliyini qeyd etdi.
O, böyük şairin doğulduğu evin uşaq bağçasının mətbəxt kimi fəaliyyətindən təəssüfləndiyini dedi:
“90 il bundan qabaq anadan olmuş, fəaliyyət göstərmiş Bəxtiyar kimi dahi bir şairi bu millət necə yad edir, onun elmi tərcümeyi-halını, əsərlərini, əqidəsini, məsləkini dünya görüşünü necə təbliğ edirlər. Evlər necə ziyarətə çevrilib, neçə gənc nəsil ordan ibrət göturur. Bu daxmadan əgər Axundov və Bəxtiyar kimi dahilər yetişdiribsə, deməli bu millətin gələcəyi böyük olacaq”.

Mənbə: Ans</span