Erotik masaj. Cütlüklər üçün həzz

Erotik masaj. Cütlüklər üçün həzz

Erotik masaj... Ağır iş günündən sonra bundan zövqlü nə ola bilər? Sevimli ərinizi sevindirmək istəyirsiniz? Onda bir neçə sadə, ancaq təsiredici məsləhətlərə əməl etmək lazımdır. Bunlara əməl etsəniz masaj ikiniz üçün də əvəzolunmaz zövqə çevriləcək.

Ətrafa nəzər salın

Şərait –uğurun əsas tərkib hissəsidir. Şamlar və ətirli çubuqlar – bunlar, əlbəttə də ki, zərərsiz deyil, həm kifayət qədər darıxdırıcıdır. Ola bilər ki, sizin tərəf-müqabilinizin buxura qarşı allergiyası da olsun.

Fantaziyanızı işə salın. Otağınızı müəyyən üslubda bəzəyin. Məsələn onu "qorxulu" ayinlər keçirilən tərk edilmiş binalara da bənzədə bilərsiniz. Sizin partnyorunuz yəqin ki, eşq ləzzətinin qurbanı olmaqdan çətin ki, imtina edər.
İşıqlandırma da burada az rol oynamır – yüngül işıqda rahatlanmaq daha asan olacaq. Musiqini də unutmayın. Həyat yoldaşınızın və özünüzün də sevdiyiniz melodiya seçin. Səsini azaldın- bu sadəcə fondur.

Komfort hər şeydən üstündür

Çalışın ki, otaq isti olsun. Masaj üçün yer seçin. Bu sərt çarpayı və yaxud döşəmədə təmir xalça da ola bilər.

Yağ seçin

Allergiya məsələsinə qayıdaq – partnyorunuzla onun qoxulara mənfi reaksiyası olub-olmamasını aldınıaşdırın. Əgər yoxdursa, cəsarətlə istədiyiniz ətri seçen. İdeal variant- limon yağıdır. O, xoş, asanlıqla həyəcanlandıran ətri var, dərini yaxşı təmizləyir və qidalandırır.
İstəsəniz özünüz də yağ hazırlaya bilərsiniz. Bunun üçün istənilən yağı götürmək olar (zeytun yağı daha məqsədəuyğundur), onun içərisinə bir neçə damcı sevimli ətirli yağınızdan əlavə edə bilərsiniz.

Və nəhayət... texnika!

Gəlin əsas məsələyə - sehirli ana keçək! Eyniyi unudun: sığallamağı zərif öpüşlərlə toxunmaqla əvəz edin. Həmişə qarın hissədən başlayın. Diqqətlə onun nəfəsinə qulaq asın, onun gözlərini izləyin. Sizin sevdiyiniz qeyri-ixtiyari ona çox xoş olduğunu söyləyəcək.
Sonra kürəyini masaj etmək lazımdır.Yadda saxlayın: əlləriniz nə qədər aşağı düşürsə, hərəkətlər bir o qədər intensiv və güclü olmalıdır. Bütün prosesi qulaq bölgəsini və boyunu öpməklə keçirmək olar. Davam etmək və ya dayanmağa üstünlük vermək artıq sizin işinizdir.

Sevimli həyat yoldaşınızı elə bu gün sevindirin.