» » Kişilər necə sevirlər? - yalnız qadınlar oxusun!

Kişilər necə sevirlər? - yalnız qadınlar oxusun!

Kişilər necə sevirlər? - yalnız qadınlar oxusun!

Ucarliyiq.biz məlumat verir ki, psixologiyanın inkişaf tarixinə nəzər salsaq görərik ki, insan bütün zamanlarda "Sevgi nədir? sualı ilə qarşılaşanda aciz qalıb. Bu suala cavab tapmaq çətindir. Səbəb isə çox sadədir. Çünki hər bir şəxs sevgini özünəməxsus şəkildə izah edir. Bəs kişilərin sevgi duyğuları necədir?

Kişilərin məhəbbət psixologiyası

Qadın sevən zaman dağları aşmağa belə hazırdır. O, bunu büruzə verir. Kişilər isə əksinə, çox vaxt öz hisslərini gizlətməyə çalışırlar. Qadınlar kişinin bu cür münasibətini görəndə tərəddüd edirlər: "Kişi sevir, yoxsa yox?" Bu səbəbdən də qarşılıqlı münasibətlərin tənzimlənməsində qadın aparıcı rol oynayır. Kişilər qadınların hər bir məsələyə emosional yanaşmasını görəndə bu cür düşünürlər: "Onunla mənə yaxşıdır. Amma nəyə görə o, hadisələri bu cür qiymətləndirir? Niyə hər şeyi mürəkkəbləşdirir? Nəyə görə, məni bu qədər sıxır? Niyə tələsir?"

Kişilər bir qayda olaraq öz hisslərini təhlil etməyə tələsmirlər. Onlar çox vaxt bir prinsiplə yaşayırlar: "Hər şey yaxşıdırsa, problem yoxdur". Kişilər tez-tez qadını görməyə, onunla ünsiyyət saxlamağa, ona diqqət göstərməyə hazırdırlar. Amma heç vaxt düşünməzlər ki, bu həqiqi sevgidir, ya yox ? Kişi düşünər: "Bizə birlikdə çox yaxşıdır. Bunun sevgi olub-olmaması isə sonranın işidir". Başqa sözlə, kişi daha çox bugünkü günlə yaşamağa üstünlük verir.

Bəs Kişinin sevdiyini necə bilmək olar?

Kişilər həqiqətən sevəndə öz məhəbbətini iki halda bildirirlər: "Birincisi, seçdiyi xanımı itirmək qorxusu əmələ gələndə, ikincisi sevdiyi qadını əldə edə bilməyəndə".

Kişi qadını itirəcəyini hiss etdikdə sevgisini bildirə bilər. Lakin kişinin sevgisini sınağa çəkərkən ehtiyatlı olmaq lazımdır. Belə ki, bəzi kişilərin tənhalıqdan qorxmaq kimi kompleksi ola bilər. Eləcə də, kişinin özünəgüvən hissinin aşağı olmasını da nəzərə almaq lazımdır. Kişilərdə zərif cinsi qorumaq, qayğısına qalmaq kimi bir hiss özünü büruzə verir. Eləcə də, kişilərdə seçdiyi xanıma heyranlıq duyğusu olur. Ancaq bəzi hallarda heyranlıq hissi olmur. Lakin bu sevginin yoxluğunu göstərmir. Sadəcə, bu, insanın əhvalın pis olması ilə də bağlı ola bilər.