» » Uşaqlıqdan Qocalıqla yoldaş olan şair - Video

Uşaqlıqdan Qocalıqla yoldaş olan şair - Video

Uşaqlıqdan Qocalıqla yoldaş olan şair - Video

Azərbaycan poeziyasının nəğməkar şairlərindən Fikrət Qocanın bu gün yubileyidir. Şairin nə az, nə çox 80 yaşı tamam olur.
Qocalıq onunla uşaqlıqdan yoldaşdır. Fikrət Qocanı deyirəm. 8 yaşında da o, Qoca idi, 80 yaşında da qocadır. Sadəcə, indi qocalığı tək soyadında yox, həm də çiyinlərində daşıyır. Daşıya bilirmi və bu yük çox ağır deyil ki? Şairə ilk sualım belə oldu.
“Nizaminin əsərində Fitnə başını əyib öküzü boynuna götürür və ildırım sürətilə 40 pilləni çıxır. Fitnə öküzü uşaq vaxtlarından qaldırıb. Məhz ona görə də fitnə öküzü yuxarı qaldıra bilir. Artıq mən də Qoca adına vərdiş etmişəm. Uşaq vaxtından bu soyadın məhsuliyyətini üzərimə götürmüşəm”, – deyə xalq şairi Fikrət Qoca bildirib.
Onu bəxti gətirən şair adlandırmaq olarmı? Belə baxanda həmişə məsul vəzifələrdə olub, günü bu gün də Yazıçılar Birliyinin katibidir. “Şöhrət” ordenini isə ötən əsrin sonlarında yaxasına taxıb. Yaxşı şerləri də kifayət qədərdir. Amma buna baxmayaraq dünyadan da razı görünmür.
Dünya qəliz dünyadı, Sən yaşa, döz dünyadı. Dünya haqlı olacaq. Əyri ya düz dünyadı deyib.
Küskünlüyünüz dünyadandır, ya özünüzdən?
“Mən bir kəsdən küskün deyiləm. Bu taledir. Mən elə adamlardan şübhələnirəm ki, başqasını öyrətmək istəyir. Əgər sən başqasını öyrətmək istəyirsənsə, yaxşı adam sənə baxıb öyrənəcək”, - deyə xalq şairi Fikrət Qoca qeyd edib.
Özündən narazı şair həyat yoldaşından razıdır. Baxmayarq ki, zarafatından da qalmadı. Həyat yoldaşını bizə - Rus dilini bilməyən Raya xanım kimi təqdim etdi. Biz də öz növbəmizdə əsas sizin dilinizdir, onu bilibmi deyə soruşduq. Dedi bilməsə, 50 il bir yerdə olardıqmı? Həqiqətən də, Raya xanım başının sahibini həm də bir şair kimi sevir, qiymətləndirir.
Fikrət Qocanın həyat yoldaşı Raya xanım şairin ona yazdığı şeir yadımda deyil, amma Fikrətin bir şeirini hər yerdə deyir - Azərbaycan, vətən, torpaq haqqında şeir heç vaxt bir kimsənin unutmamalıdır.
Od oğluyam, alovlardan doğuldum
Alovlana-alovlana.
İlk bahardan doğuldum
Lalə kimi yana-yana.
Onun üçün də baxışımın odlara var bənzəri
Azəriyəm, azəri.
Sonda ən yaxşı mahnılarımızın müəllifinə bir sual da verdim. Daha neçə sabahlara gəl ey səhər demək istəyir? Dedi şair qara qələm kimi bir şeydir. Yazıb qurtarınca işləyir, yarımçıq qalır, amma ölmür. Təki ölməzlərdən olasız, Fikrət Qoca. 80 yaşınız mübarək!
Allah ömür versin!

Mənbə: Ans</span