» » Zəlzələnin yaratdığı heyrətamiz gözəllik... - Foto

Zəlzələnin yaratdığı heyrətamiz gözəllik... - Foto

Zəlzələnin yaratdığı heyrətamiz gözəllik... - Foto

Bu günlərdə turist girişinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılaraq vətəndaşların istifadəsinə verilən Göygöl Milli Parkı, eləcə də Maral göl və Kəpəz dağının əsrarəngiz təbiətini əks etdirən fotolar çəklilib.
Ucarliyiq.biz Bakı Media Mərkəzinin çəkdiyi fotoları təqdim edir:
Zəlzələnin yaratdığı heyrətamiz gözəllik... - Foto

Göy-Göl
1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağı uçduqdan sonra Ağsu çayının qarşısı kəsilmiş və ən böyüyü Göy - Göl olmaqla tərkibində 7 ədəd böyük, ümumilikdə isə 19 ədəd gözəl göllər şəbəkəsi meydana gəlib. Ətrafında olan füsunkar təbiətin gözəlliyi, suyunun göz yaşı tək şəffaflığı ilə seçilən, özünəməxsus heyvanların məskəninə çevrilən bu göllərin heyrətamiz gözəllikləri hər bir kəsi heyran edir, sanki təmiz, pak bir dünyaya aparır.
Zəlzələnin yaratdığı heyrətamiz gözəllik... - Foto

Göllər gözəli Göy - Göl
Dəniz səviyyəsindən 1556 metr yüksəkliyində yerləşir. Uzunluğu 2800, eni 800 metrdən 1000 metrə qədərdir. Dərinliyi 96 metrdir. Gölün görünmə qabiliyyəti 8-10 metrdir.
Göy - Gölün faunası olduqca zəngindir. Göldə qorunmaqda olan forel balıqları yaşayır. O, Azərbaycanın digər çay forellərindən xeyli fərqlənir. Öz mənşəyi etibarilə Göy - Göl foreli çay forelindən əmələ gəlmib. Onların əmələgəlmə tarixi Göy - Gölün yaranma tarixi ilə bağlıdır. Zəlzələ zamanı gölün ərazisində qalan çay forelləri uzun illər ərzində tədricən göl forelinə çevrilmiş, artıb çoxalmış və zəmanəmizə qədər gəlib çatmışdır. Göy göl sağlamlıq üçün dəyərli bir yerdir.
Zəlzələnin yaratdığı heyrətamiz gözəllik... - Foto

Göy-Göl Dövlət Təbiət Qoruğunun ərazisində yerləşir. Göygöl Dövlət Təbiət Qoruğu 1925-ci ildə Azərbaycanda yaradılmış ilk qoruqdur. 2008-ci ildən Göy Gölə Milli Park statusu verildikdən sonra burada ekoloji vəziyyətin yaxşılaşdırılması və turizm infrastrukturunun yenidən qurulması üzrə köklü tədbirlər həyata keçirilib.
Zəlzələnin yaratdığı heyrətamiz gözəllik... - Foto

Göygöl və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur. Göygöl dövlət təbiət qoruğu Göygöl rayonu ərazisində yerləşir. Ərazisi 6732 hektardır. Ərazisində 423 növ ağac və kol, dərman bitkiləri var. Ərazidə Qafqaz maralı, cüyür, ayı, çöl qabanı, dağ keçisi, canavar, tülkü, çaqqal, porsuq, oxatan kirpi, çöl pişiyi, vaşaq var.
Zəlzələnin yaratdığı heyrətamiz gözəllik... - Foto

Göy-Göl Dövlət Təbiət Qoruğunun ərazisinə giriş məhdudiyyəti aradan qaldırıldıqdan sonra parka giriş adambaşına 2 manatdır. Qaydalara uyğun olaraq Milli Parka daxil olacaq hər avtomobilin sürücüsü qiyməti iki manat olan bilet almalıdır. Sonra avtomobil xüsusi yerdə parkinq olunmalıdır. Bunun üçün avtomobil sahibi dayanacağın hər saatına 50 qəpik ödəməlidir. Həmçinin avtomobilsiz ziyarətçiləri buraya gətirmək üçün xüsusi avtobuslar ayrılacaq. Toplanan vəsait Milli Parkın qorunmasına və təbiətinin bərpasına yönələcək.
Zəlzələnin yaratdığı heyrətamiz gözəllik... - Foto

Eyni zamanda ərazidə fəaliyyətə başlayacaq restoran, kafe, eləcə də mehmanxanaların xidmətindən istifadə etmək mümkün olacaq.
Göy Göl Milli Parkının yenidən kütləvi istirahət və gəzintilərə açılması ilə bağlı burada Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təbiətin mühafizəsi və ekosistemin qorunması istiqamətində daimi nəzarət və tədbirlər həyata keçirilib. Bir sözlə, Göy Göy ərazisinə daxil olan hər bir turistlər sözügedən nazirliyin və Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara riayət etməlidirlər.

Mənbə: Ans</span