» » Bakıda 3-cü sinif şagirdindən "Allahu əkbər" çağırışı - VİDEO

Bakıda 3-cü sinif şagirdindən "Allahu əkbər" çağırışı - VİDEO

Bakıda 3-cü sinif şagirdindən "Allahu əkbər" çağırışı - VİDEO

Bakıda məktəblinin videomüraciəti internetin ən çox izlənilən videolarından olub.Ucarliyiq.biz ATV.az-ın məlumatına görə, xəbər verir ki, çarxda məktəbli öz həmyaşıdlarına müraciət edir.

Bakının 132-134 nömrəli Təhsil Komleksinin şagirdi Mirsamin Hüseynzadənin öz həmyaşıdlarına videomüraciəti son günlər baş verənlərlə bağlıdır. 3-cü sinif şagirdi bəzi müsəlman ölkələrində yaşanan terror hadisələri barədə xəbərlərdən və həmyaşıdı olan uşaqların dini məzmunlu çıxışlarından təsirləndiyini deyərək bütün bunlara özünəməxsus şəkildə münasibət bildirib.
Məktəbli hazırda rus və ingilis dillərində təhsil aldığını, gələcəkdə fransız dilində oxumaq niyyətindədir. "Azərbaycan dilini çox sevirəm. Çünki bu mənim doğma dilimdir".
Videoda Bakı məktəblisinin həmyaşıdlarına ünvanladığı "Allahu əkbər" çağırışı da yer alıb.
"Avropada elə düşünürlər ki, müsəlmanlar terroçudurlar. Amma onlar səhv bilirlər. Gəlin "Allahu əkbər" deyib dərs oxuyaq, "Allahu əkbər" deyib yaxşı qiymətlər alaq. "Allahu əkbər" deyib xaric dillər öyrənək ki, böyüyəndə başqa ölkələrdə Azərbaycanı yaxşı təmsil edək",- deyə balaca məktəbli həmyaşıdlarına səslənib.
Həmin videonu sizə təqdim edirik: