» » Azyaşlı qızı yaşlı kişi ilə evləndirdilər - VİDEO

Azyaşlı qızı yaşlı kişi ilə evləndirdilər - VİDEO

Azyaşlı qızı yaşlı kişi ilə evləndirdilər - VİDEO

Livanda yerli şirkətlərdən biri azyaşlı qızların evləndirilməsinə diqqət çəkmək üçün maraqlı üsula əl atıb. Onlar gəlin paltarında olan balaca qızı, yaşlı bəylə mərkəzi parkların birində gəzintiyə çıxarıb. İnsanların qarşısında şəkillər çəkdirən cütlüyün sözdə evlənmək planı ətrafdakılar tərəfindən birmənalı qarşılanmayıb.

Ucarliyiq.biz atv.az-a istinadən xəbər verir ki, Sakinlərdən bəziləri cütlüyə yaxınlaşaraq onları təbrik edib. Digərləri isə bəydən xəbərsiz gəlinə yaxınlaşaraq onu başa salmağa çalışıb ki, evlənmək üçün hələ tezdi. Bu maraqlı anlar gizli kameralar tərəfindən belə lentə alınıb.

Qeyd edək ki, Livanda qızlar çox erkən yaşda ərə verilirlər. Yerli dairələr bu problemin qarşısını almaq üçün maarifləndirici tədbirlər görsə də, ailələr hələki bu yalnış ənənədən çəkinmək niyyətində deyil.