» » Estoniyada robot festivalı - VİDEO

Estoniyada robot festivalı - VİDEO

Estoniyada robot festivalı - VİDEO

Estoniyanın paytaxtı Kişinyovda robotların festivalı keçirilib.

Ucarliyiq.biz atv.az-a istinadən xəbər verir ki, 1500-ə qədər ixtiraçının toplaşdığı tədbirdə robotların sayı onlardan təqribən iki dəfə az olub. Lakin bu robotlar insanlar qarşısına məişət və sənaye qurğuları kimi yox, bir-biri ilə mübarizə aparan rəqiblər kimi çıxıb. Yəni, nümayişə çıxarılan robotlar burada bir-biri ilə yarışmağa başlayıb. Onlar yaşlı insanlara kömək edir, futbol oynayır, maşın düzəldir.

Avropada ən böyük müsabiqə hesab olunan bu festivalın məqsədi robotların bilik və bacarıqlarını nümayiş etdirməkdən çox, bu elm sahəsinə marağı artırmaqdır.

Hazırda robotlar təbii fəlakət zonalarında əvəzedilməz yardımçıdır. Onlar hüquq-mühafizə orqanları tərəfindən keçirilən və insan həyatı üçün risqli sayılan əməliyyatlarda istifadə olunur.