» » Hinduların Həyat Prinsipləri

Hinduların Həyat Prinsipləri

Hinduların Həyat Prinsipləri

Qızıldərili insanların həyat mövzusunda deyimləri, sözləri, qaydaları olduqca əhəmiyyətlidir və ibrətlik nəsihətlər ehtiva edir. Bu yazımızda hinduların həyatla əlaqədar deyimlərini, prinsiplərini sizin üçün topladıq.

1. Erkən oyan.

Dua etmək üçün günəşlə birlikdə oyan. Tək başına dua et. Sən danışsan, böyük ruh səni dinləyəcəkdir.

2. Xoş rəftarlı ol.

Yollarını azanlara qarşı xoş rəftarlı və tolerant ol. Cəhalət, qürur, hirs, qısqanclıq və ehtiras
itmiş bir ruhun işarələridir. Bir gün yollarını tapa bilmələri üçün dua et.

3. Öz yolunu çək.

Özünü özün üçün axtar. Başqalarının sənin üçün yol çəkmələrinə icazə vermə. Bu sənin və
yalnız sənin yolundur. Başqaları səninlə birlikdə gedə bilər amma sənin üçün gedə bilməz.

4. Düşüncəli və nəzakətli ol.

Qonaqlarına düşüncəli davran. Ən yaxşı yeməyini, ən yaxşı yatağını onlara təklif et. Onlara
hörmət göstər və şərəfləndir.

5. Sənin olmayanı sahiblənmə!

Sənin olmayan bir şeyi alma. Başqa bir insana, bir birliyə, təbiətə və ya bir mədəniyyətə aid ola
bilər. Onlar qazanılmış və ya sənə verilmiş deyil.

6. Yer üzünə hörmət göstər.

Bu yer üzündə var olan hər şeyə hörmətlə yanaş. Bu bir insan və ya bir bitki də ola bilər.

7. İfadə azadlığı tanı.

Başqa insanların düşüncələrinə, diləklərinə və sözlərinə dəyər ver. Sözünü kəsmə, lağa qoyma
və ya təqlid etmə. Hər kəsin özünü istədiyi kimi ifadə etməsinə icazə ver.

8. Dedi qodu etmə.

Başqaları haqqında pis danışma. Kainata buraxdığın mənfi enerjilər bir neçə qat artaraq səni
tapacaq.

9. Bağışla.

Hər kəs səhv edər və hər səhv bağışlana bilər.

10. Müsbət düşün.

Səhv düşüncələr ağılın, bədənin və ruhun xəstələnməsinə yol açar. Müsbət düşüncə məşqləri et.

11. Təbiətin bir hissəsi ol.

Təbiət bizim bir parçamızdır və biz də onun bir parçasıyıq.

12. Uşaqlara sevgi göstər.

Uşaqlar gələcəyimizin toxumlarıdır. Ürəklərində sevgini cücərt, onları ərdəmli və həyat
dərsləriylə böyüt. Böyüyəndə kifayət qədər inkişaf etmələri üçün onlara fürsətlər yarat.

13. Qəlb qırma.

Başqalarının ürəyini qırmaqdan qaçın. Yaratdığın ağrının zəhəri bir gün sənə geri dönər.

14. Dürüst ol.

Hər zaman həqiqətdən yana ol. Dürüstlük kainatımızda insan iradəsinin bir imtahanıdır.

15. Sağlamlığına diqqət göstər.

Özündə balansı qoru. Şüurlu Səni, Ruhi Səni, Duyğusal Səni və Fiziki Səni eyni tarazlıqda tut.
Hamısı güclü, saf və sağlam olmalıdır. Zehinini gücləndirmək üçün bədənini da gücləndir.
Duyğusal yaralarını sarımaq üçün ruhunu böyüt.

16. Məsuliyyət al.

Kim olacağın və nə edəcəyin əlaqədar şüurlu qərarlar ver. Aldığın qərarların məsuliyyətini al.

17. Fərdi sahələrə hörmət göstər.

İnsanların fərdi sahələrinə və gizlilik tələblərinə hörmətlə yanaş. Kimsənin şəxsi əşyasına
toxunma, xüsusilə də müqəddəs və dini əşyalara...

18. Özünə qarşı ədalətli davran.

Özünə ədalətli davran. Özünü bəsləyə bilməsənsə, başqalarını da bəsləyə bilməzsən. Əvvəl
özünə kömək et.

19. Başqa inanclara hörmətlə yanaş.

Hər kəsin inancına hörmət göstər. Başqalarını sənin inandığın dinə inanmağa məcbur etmə.

20. Yaxşılığı paylaş.

Taleyinin gözəlliklərini başqaları ilə də paylaş. Könüllü olaraq yaxşılıq et.