» » Bu günün tarixi (16.08.2015)

Bu günün tarixi (16.08.2015)

Bu günün tarixi (16.08.2015)

Miladi: 16 avqust 2015
Hicri: 30 şəvval 1436
İlin 227-ci günü
İlin sonuna 138 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 05.35
Günəş - 06.52
Zöhr - 13.49
Əsr - 18.11
Məğrib – 20.52
İşa – 22.20
980-ci ildə Şərqin böyük təbib, filosof və şairi İbn Sina dünyaya gəlib
1556-cı ildə Osmanlı sultanı Qanuni Süleymanın adına olan “Süleymaniyyə” camesinin açılışı olub
1905 - Şuşada erməni-daşnak quldur dəstələrinin azərbaycanlı əhaliyə qarşı hücumlarının qarşısı alınıb. Bakıdakı müsəlman qırğınlarından sonra ermənilərin eyni ssenarini Qarabağda həyata keçirmək cəhdləri baş tutmayıb, erməni dəstələri Şuşa yaxınlığında ağır məğlubiyyətə uğrayıblar. Bundan az öncə daşnakların silahlı dəstələri Qacar kəndindəki (Füzuli rayonu) döyüşdə məğlub edilmişdi.
1906 -Ümumrusiya müsəlmanlarının III qurultayı (Nijni-Novqorod) işə başlayıb.Avqustun 20-dək sürən qurultayda Ümumrusiya Müsəlmanları İttifaqının ("İttifaqi-Müslimin") proqram sənədləri, rəhbər strukturları təsdiqlənib. Azərbaycanlı Əlimərdan bəy Topçubaşov Ümumrusiya Müsəlmanları İttifaqının rəhbəri seçilib.
1924-cü ildə Azərbaycanın məşhur tar ifaçısı Əhsən Dadaşov anadan olub
1925-ci ildə Xalq şairi Bəxtiyar Vahabzadə Şəki şəhərində dünyaya gəlib
1927-ci ildə “Çingiz Mustafayev” adına fondun prezidenti Fuad Mustafayev anadan olub
1934-cü ildə fransız aktyor Pyer Rişar dünyaya gəlib
1954-cü ildə amerikalı rejissor Ceyms Kameron anadan olub
1956-cı ildə Macar teatr oyunçusu və qorxu filmi aktyoru Bela Luqoşi vəfat edib
1958-ci ildə amerikalı pop-kraliça Madonna anadan olub
1993 - Ermənistan silahlı qüvvələrinin Cəbrayıl-Füzuli istiqamətində irimiqyaslı hücumu Cəbrayılın Quşçular, Qışlaq, Doşulu, Əfəndilər, Qaracallı, Balyand, Süleymanlı kəndlərinin işğalı ilə nəticələnib. Füzuli istiqamətində Aşağı Veysəlli, Zərgər, İşıqlı və s. kəndlər ermənilərin əlinə keçib. Erməni hərbi birləşmələri hər iki rayon mərkəzinin bir neçə kilometrliyində qərar tutublar.
2003-cü ildə uqandalı diktator İyd Emin vəfat edib

Mənbə: Ans</span