» » Oğul anası üçün 9 qayda!

Oğul anası üçün 9 qayda!

Oğul anası üçün 9 qayda!

Bu qaydalar oğlunuzun etibarını həmişəlik qazanmağa imkan verəcək.

Heç vaxt oğlunuzu lağa qoymayın.

Kişi üçün qadın tərəfindən ələ salınmaq həmişə sarsıntıdır, ana tərədindən ələ salınma isə çox ağır və dərin sarsıntıdır. Nəyi lağa qoymağınız əhəmiyyətli deyil: oğlunuzun şalvarı düz geyinməməsi, şəkili düz çəkməməsi yaxud məktəbdə hansısa qıza məhəbbətini etiraf etməsi. Sizin ələ salmağınız onun yaddaşına əbədilik həkk olunacaq!

Onun bütün suallarına həmişə cavab verin.

İstənilən yaşda! "Böyüyəndə bilərsən" cavabı variant deyil. Həmişə bütün suallara cavab verin. Cavabı bilmisinizsə, elə də deyin. Sonra öyrənin və deyin. Pərt olursunuz? Uşağın sualı sizi qızarmağa məcbur etdi? Əla – indi siz özünüzün daha bie çatışmayan cəhətinizi bildiniz. Öz komleksinizi uşağın psixikasına yeritməyin. Əgər cavabı bilmirsinizsə, uşaqdan vaxt istəyin. Uşaqlar, adətən, çox asanlıqla möhlət verirlər.

Qərar qəbul edərkən oğlunuzdan məsləhət alın.

Siz ağlınıza belə gətirmisiniz ki, illərlə həll edə bilmədiyiniz problemin öhdəsindən uşaq çox asanlıqla gələ bilər. Söhbət istənilən problemdən gedir! Bu yolla uşaq kişi, dayaq olmağı və qərarlar qəbul etməyi öyrənir. Siz isə ona etibar və ehtiramınızı nümayiş etdirirsiniz.

"Mən sənə demişdim, axı!" sözlərini unudun.

Həmişəlik. Sizin uşaqla rəqabət aparmaq haqqınız yoxdur. Əgər siz haqlı idinizsə, öz qələbənizə büruzə vermədən sevinin. Uşaq hər şeyi başa düşəcək.

Tərifləyin.

Heyran olduğunuzu göstərin. Nöqsan axtarmayın. Sizin oğlunuz hər şeyi əla bacarır. Böyüyəndə, özü-öz nöqsanlarını görəcək.

Onun bütün arzularına dəstək verin.

"Sualtı arxeoloq olmaq istəyirəm" - əla! Mövzuya uyğun kitablar alın. İndi isə "rəssam olmaq istəyirəm". Yenə əla! Mövzuya uyğun kitablar alın. İndi isə "mühəndis olmaq istəyirəm"... Sxem aydındır? Əla. İnanın, real peşəsini uşaq 20 yaşına çatanda tapacaq.

Əgər uşaq ağlayırsa...

Deməli, bəla baş verib. Sizin üçün kiçik, onun üçün nəhəng bəla. Onun üçün istənilən bəla nəhəngdir. Uşaq dünyası çox balacadır, ona görə böyüklərin kiçik saydığı problem uşaqlar üçün çox böyükdür. Əgər bəla baş veribsə, onu mütləq sakitləşdirmək lazımdır. Uşaq heç vaxt problemə görə ağlamamalıdır.

Ona nəsihət verməyin.

Burada şərhə ehtiyac yoxdur.

Siz həmişə onun tərəfindəsiniz.

Sözdə və işdə. Siz heç vaxt müəllimlərin şikayətlərinə fikir vermirsiniz, heç vaxt onun üstünə qışqırmırsınız. Hamının yanında olanda SİZİN OĞLUNUZ DÜZ EDİB. SİZİN OĞLUNUZ HƏMİŞƏ DÜZGÜNDÜR!