» » Misirdə Azərbaycanlı səyyahın pulunu əlindən aldılar (FOTO, VİDEO)

Misirdə Azərbaycanlı səyyahın pulunu əlindən aldılar (FOTO, VİDEO)

Misirdə Azərbaycanlı səyyahın pulunu əlindən aldılar (FOTO, VİDEO)

Çindən İspaniyaya qədər Asiya və Avropa qitələrini velosipedi ilə gəzən azərbaycanlı səyyah Ramil Ziyadov Misirdə saxlanılıb. Ucarliyiq.biz xəbər verir ki, səhrada saxlanıldığını deyən Ramil Ziyadov cibində olan 400 dolların həmin şəxslər tərəfindən götürüldüyünü idia edib. “Türk Hava yolları” (THY) aviaşirkətinə aid təyyarə ilə ötən gün Qahirədən İstanbula gedən Ziyadov başına gələnlər barədə mətbuata açıqlama verib. Azərbaycanlı səyyah onunla cəsus kimi rəftar olunduğunu bildirib:
Misirdə Azərbaycanlı səyyahın pulunu əlindən aldılar (FOTO, VİDEO)

“Məni cəsus olmaqda ittiham etdilər və Qahirəyə apardılar, bir gün nəzarətdə qaldım. Mənim üçün artıq Misir yoxdur. Səyahətə qaldığım yerdən davam edəcəyəm. Amma Misirə getməyəcəyəm.”
Misirdə Azərbaycanlı səyyahın pulunu əlindən aldılar (FOTO, VİDEO)

Azərbaycan və Türkiyə konsulluqlarından yardım ala bilmədiyini deyən Ramil Ziyadov hər iki ölkənin də Misirdəki konsulluğunun fəaliyyət göstərmədiyini bildirib.
Misirdə Azərbaycanlı səyyahın pulunu əlindən aldılar (FOTO, VİDEO)

Avqustun 11-də Misirə getdiyini bildirən Ziyadov avqustun 13-də Liviyaya getmək istəyərkən səhrada silahlı şəxslər tərəfindən saxlanıldığını sonra azadlığa buraxılmasının əvəzinə cibindəki 400 dolların polislər tərəfindən götürüldüyünü qeyd edib. Pulu qurtardığından istəmədən səyahəti dayandırdığını deyən azərbaycanlı səyyah məqsədinin türk mədəniyyətini bütün dünyaya tanıtmaq olduğunu bildirib.
Misirdə Azərbaycanlı səyyahın pulunu əlindən aldılar (FOTO, VİDEO)

Xatırladaq ki, azərbaycanlı səyyah Ramil Ziyadov 2013-cü ilin may ayında velosipedi ilə dünya səyahətinə çıxıb.

Mənbə: Ans</span