» » Görünüşü belə qorxutmağa bəs edən bu heyvanın 200 yaşı var - Foto

Görünüşü belə qorxutmağa bəs edən bu heyvanın 200 yaşı var - Foto

Görünüşü belə qorxutmağa bəs edən bu heyvanın 200 yaşı var - Foto

Çinin Çuntsin şəhərində nəhəng salamandra tapılıb. Onun uzunluğu 1,4 metr çəkisi 50 kiloqramdır.

Ucarliyiq.biz xəbər verir ki, alimlərə görə nəhəng kərtənkələnin 200-ə yaxın yaşı var. Elmi adı Andrias davidianus olan Çin salamandrasını şəhər kənarında yerləşən karst mağarasından bir uşaq tapıb. Bu növ Yer üzündə yaşayan sürünənlərin ən qədim növlərindən biridir. 180 milyon ildir ki, Yer planetində mövcuddurlar. Tapılan heyvanı Çuntsin şəhərinin Elmi Tədqiqatlar mərkəzinə veriblər.

Çində nəhəng salamandralar çox bahalı delikates, həmçinin xalq təbabəti üçün dərman sayılır. Onun ətinin qocalmanın qarşısını almasına inanılır. Kütləvi ovlanma üzündən amfibiya son 30 ildə məhv olma təhlükəsi ilə üz-üzə qalıb. Heyvan hal-hazırda dövlətin mühafizəsi altındadır.

Görünüşü belə qorxutmağa bəs edən bu heyvanın 200 yaşı var - Foto
Görünüşü belə qorxutmağa bəs edən bu heyvanın 200 yaşı var - Foto