» » Bu qız bir ilə 10 dəfə qocalır (FOTO, VİDEO)

Bu qız bir ilə 10 dəfə qocalır (FOTO, VİDEO)

Bu qız bir ilə 10 dəfə qocalır (FOTO, VİDEO)
ABŞ-da yaşayan yeniyetmə qız nadir xəstəlikdən əziyyət çəkir. Ucarliyiq.biz xəbər verir ki, xəstəliyinə görə, 18 yaşlı bu gənc bir ildə 10 qat sürətlə qocalır.
Roşelle Pundare genetik xəstəliyə görə indi 114 yaşlı qarı kimi görsənir.
ABŞ-da yayımlanan "Body Bizarre" adlı proqrama qonaq olan qız ölkəni görünüşü ilə təəcübləndirib. Belə ki, onun bu xəstəliyə görə, nə boyu uzanıb, nə də inkifaşı normal olub. İndi 18 yaşlı Roşellenin qırışmış dərisi onun yaşındna dəfələrlə yaşlı görünməsinə səbəb olur.
"Progeria" adlı xəstəlikdən əziyyət çəkən qız ailənin 8-ci övladıdır. Onun saçları hələ iki yaşında olanda tökülüb. Bundan beş il sonra isə dəri qırışmağa başlayıb. Hələlik həkimlər belə qızın dərdinə heç bir çarə tapa bilmirlər.
Ailəsi belə onun bundan sonra düzəlməyəcəyini deyir.

114 yaşlı kimi görünən gənc qız
Roşella bu nadir xəstəlikdən əziyyət çəkən ilk insan deyil. Böyük Britaniyada yaşlı qadına bənzəyən 17 yaşlı bir müddət öncə həyatını itirib. Heyli Okins adlı qız çox nadir genetik xəstəlikdən əziyyət çəkib. Buna görə də onun 17 yaşı olsa da, bədəni 104 yaşlı qoca qadın bədəninə bənzəyirdi.

Bu qız bir ilə 10 dəfə qocalır (FOTO, VİDEO)

Roşella yaşıdlarından geri qalmamağa çalışır
Rusiyada isə 20 yaşlı Yekatrina Nejenseva əziyyət çəkdiyi sindromla mübarizə etməyi və qalib gəlməyi bacarıb. O, silsilə əməliyyatlardan sora qırışan dəridən xilas olub və ailə qurub.
Xəstəliklə mübarizə yolları bəlli olmasa da, bir müddət öncə İspaniyanın Ovyedo universitetinin alimləri apardıqları yeni təcrübə zamanı təsadüfən hüceyrələri daha uzun müddət canlı saxlamağın yollarını tapa biliblər.