» » Sabah hava buludlu olacaq

Sabah hava buludlu olacaq

Sabah hava buludlu olacaq

Avqustun 15-də ölkənin bəzi yerlərində temperaturun müsbət 40 dərəcəyə qədər yüksələcəyi ehtimal olunur.
Ucarliyiq.biz-inEkologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadla verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Abşeron yarımadasında havanın temperaturugecə 23-26˚, gündüz 32-37˚, Bakıda gecə 24-26˚, gündüz 35-37˚ isti olacaq.
Azərbaycanın əksər rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Aran rayonlarında gecə 20-25˚, gündüz 35-40˚ isti, dağlarda gecə 15-20˚, gündüz 27-32˚ isti qeydə alınacaq.

Mənbə: Ans</span