» » Bakının bu yolları bağlandı

Bakının bu yolları bağlandı

Bakının bu yolları bağlandı

Bu gündən Bakıda bir neçə küçə bağlanıb.

Publika.az "Formula 1" üzrə Avropa Qran-Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqasına (Baku City Circuit) istinadən xəbər verir ki, bu gündən etibarən Puşkin küçəsinin Üzeyir Hacibəyli küçəsi ilə kəsişməsindən Azadlıq meydanına qədər olan yol-asfalt örtüyünün təmirinə bağlanıb.

Məlumatda deyilir ki, paytaxtın yarış trekinə daxil olan mərkəzi küçələrdə təmir-tikinti işləri qismən həyata keçirilir. Qeyd olunan yol da bir həftə müddətinə bağlanır, lakin Hökumət Evinin qarşısındakı yeraltı avtomobil dayanacağının çıxışı açıq olacaq.

Bundan əlavə, Zərifə Əliyeva küçəsinin Bülbül prospekti və Səməd Vurğun küçəsi ilə kəsişmələri arasında yol qismən təmirdədir, lakin avtomobillərin hərəkəti tam məhdudlaşdırılmayıb.
Təmir işlərinin bitmə tarixi dəqiq məlum deyil.

Xatırladaq ki, yarışdan öncə salınacaq və "Formula 1" yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və Qran-Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.