» » Bu qız istədiyi zaman sümüklərini yerindən çıxardır - VİDEO

Bu qız istədiyi zaman sümüklərini yerindən çıxardır - VİDEO

Bu qız istədiyi zaman sümüklərini yerindən çıxardır - VİDEO

Amerikalı Terin İisonu cinayət törədəcəyi halda qandallamaq mənasızdır. Buna səbəb, sözügedən qızın dünyanın nadir xəstəliklərindən birinə yoluxmasıdır. Genin pozulmasından qaynaqlanan xəstəlik, Terinə istədiyi vaxt istədiyi sümüyü yerindən çıxarmağa imkan verir.

Qolu, ayağı tez-tez yerindən çıxsa da, bu xəstəlik Terinə bəzi üstünlüklər də qazandırıb. Buna onun bədəninin kifayət qədər elastik olmasını misal gətirmək olar. Bacarığını dəmir qandalla nümayiş edirən Terin, kamera qarşısında arxadan qollarına bağlanan qandalı açmaqla göstərib.

Qandallı vəziyyətdə qollarını fırladaq önə keçirən Terin, bununla da kifayətlənməyib. Əlini sıxaraq barmaqlarını yerindən çıxaran amerikalı, qandalı sürüşdürərək əlini ondan azad edib. Adi halda isə bu qandaldan bu cür azad olmaq kifayət qədər əzablı və fəsadlıdır. Odur ki, Terin bu şounu təkrarlamağı heç kimə məsləhət görmür.