» » Allaha məktub yazan 6 yaşlı uşaq - MARAQLI-HEKAYƏ

Allaha məktub yazan 6 yaşlı uşaq - MARAQLI-HEKAYƏ

Allaha məktub yazan 6 yaşlı uşaq - MARAQLI-HEKAYƏ

6 yaşlı finlandiyalı qızcığaz Helqa Hiltunen Milad bayramı ərəfəsində Allaha məktub yazaraq ondan 100 mark pul istədi. Finlandiya qanunlarına görə düzgün ünvan göstərilməyən məktubları prezidentin oxumaq hüququ var.

Məktubu oxuyan Prezident Urho Koleva Kekkonen (1958-1982) qızın arzusunu yerinə yetirmək qərarına gəldi, lakin bu yaşda bir qıza 50 markın da bəs edəcəyini düşünərək yalnız bu qədər pul göndərdi.

Məktuba cavab olaraq pulu qızın ünvanına şəxsən prezidentin maşını gətirdi.

Çox keçmədi ki Helqadan yenə məktub daxil oldu. Bu dəfə qızcığaz Allaha prezident vasitəsilə artıq pul yollamamasını, çünki prezidentin pulun yarısını özünə götürdüyünü yazmışdı.