» » Bölgələrdə həkim çatışmazlığı müşahidə olunur - Video

Bölgələrdə həkim çatışmazlığı müşahidə olunur - Video

Bölgələrdə həkim çatışmazlığı müşahidə olunur - Video

Respublikanın əksər bölgələrində fəaliyyət göstərən tibb ocaqları kadr çatışmazlığından əziyyət çəkir. Baxmayaraq ki, bölgələrdə müasir tələblərə cavab verən kifayət qədər yeni xətəxanalar tikilərək müasir tibbi avadanlıqlara təchiz olunub.
Lakin təəsüflər olsun ki, bu yeni tibbi avadanlıqlardan istifadə edə bilən mütəxəssislər azdır.
Məsələn, Goranboyun Ağcakənd qəsəbəsində yerləşən və 12 ildir ki, fəaliyyət göstərən Xocalı rayon xəstəxanasında kadr çatışmazlığı səbəbindən stasionar müalicə aparılmır. Əsasən ilkin tibbi yardımın göstərildiyi bu xəstəxanaya müraciət edən xəstələr stasionar müalicə üçün Gəncə və Bakıya göndərilir.
“Ümumilikdə xəstəxanada 120 nəfər çalışır. Onlardan 16-sı həkim, 50-si kiçik tibb işçisidir. Hazırda bizdə həkim çatışmır”, – deyə baş həkimin müavini Mütalib Cəfərov bildirib.
Xəstəxanalarda kadr çatışmazlığının yaşanması Cəlilabadda da müşahidə olunur. Rayonun 210 min əhalisinin sağlamlığının keşiyində 186 min həkim dayansa da, hələ daha çox ixtisaslı həkimə ehtiyac var.
“Bu gün bizim 116 həkimə və 265 nəfər tibb işçisinə ehtiyacımız var. Ali və tibb universitetinin bitirən gənclər isə dah çox şəhərə maraq göstərirlər. Kənddə işləmək istəmirlər”, - deyə baş həkimin müavini Valeh Məmmədov qeyd edib.
Xəstaxanada kadr çatışmazlığının əsas səbəbinin əmək haqqının az olması ilə əlaqləndirirlər. Təqribən 130-160 manat arasında dəyişən əmək haqqına görə həkimlər bölgələrdə işləməyə maraqlı deyillər.
Səhiyyə Nazirliyində isə deyirlər ki, iki ildir həkimlər işə imtahan ilə götürülür. Həmin imtahanları keçməyə isə çox vaxt həkimlərin qazandığı biliklər kifayət etmir.
Yüksək tibbi təhsilə alanı mütəxəssislər isə bölgələrədə işləməkdə maraqlı deyil. Elə ekspertlər də bu qənaətdədir ki, həkimlərin bölgələrə marağının artırılması üçün stimullaşdırıcı tədbirlər gücləndirilməlidir.
“Xaricə gedən və xaricdə təhsil alan mütəxəssislərə qayğı göstərilməlidir. Ən azıdan onlar müəyyən dövlət proqramına salınmalıdı. Geri Azərbaycana qayıdandan sonra onların işləmələrin üçün stimul olmalıdır. Çünki, biz bu mütəxəssisləri itirməyək. Regionlar üzrə kadrların paylanması, zamanı xüsusi olaraq regionlardakı müxtəlif xəstəliklər nəzərə alınmalıdır. Belə ki, bu sahələrdə müvafiq ixtisaslı həkimlərin daha çox olması, təhqiqat aparması, eyni zamanda xəstliyin vaxtında aşkar olunması və müalicə edilməsi çox mühümdür”, – deyə ekspert Adil Qeybulla fikrini açıqlayıb.
Regionlarda səhiyyənin inkişafı üçün yaradılan müasir xəstəxanalarla yanaşı kadr təminatına da diqqət ayrılması vacib hesab edilir.

Mənbə: Ans</span