» » 12 yaşlı uşaq 1.5 milyonluq tablonu məhv etdi - Video

12 yaşlı uşaq 1.5 milyonluq tablonu məhv etdi - Video

12 yaşlı uşaq 1.5 milyonluq tablonu məhv etdi - Video

Tayvanda 12 yaşlı oğlan ehtiyatsızlıq edərək sərgidə nümayiş olunan bahalı rəsm əsərini məhv edib.
Ucarliyiq.biz xəbər verir ki, təhlükəsizlik xidmətinin müşahidə kamerası hadisəni anbaan qeydə alıb. Videoda oğlanın 1,5 milyonluq şəkilin yanından keçərkən büdrəyərək necə yıxıldığını aydın görmək mümkündür.
Oğlan yıxılmamaq üçün bir anlıq reflekslə şəkilə söykənir və onu əli ilə vurur. Təşvişə düşən və məyus olan uşağın çarəsiz şəkildə korladığı tablonun yanında dayandığını videoda aydın görmək olur.
Təşkilatçılar Paolo Porporanın 350 illik işini 1,5 milyon dollar məbləğində qiymətləndiriblər.
Lakin, sərgi nümayəndələrinin sözlərinə görə, oğlanın valdeyinləri övladlarının hərəkətinə görə cəzanlandırılmayacaqlar. Buna səbəb kimi isə şəklin sığortalanması ilə göstərilir.

Mənbə: Ans</span