» » Təyyarə uçuşa gecikdi, əsəbiləşən sərnişinlər üçün sürpriz - bir anda ortaya çıxdı - VİDEO

Təyyarə uçuşa gecikdi, əsəbiləşən sərnişinlər üçün sürpriz - bir anda ortaya çıxdı - VİDEO

Təyyarə uçuşa gecikdi, əsəbiləşən sərnişinlər üçün sürpriz - bir anda ortaya çıxdı - VİDEO

Hava limanı bir anda balet səhnəsinə döndü.

ABŞ-ın Kaliforniya ştatındakı Santa Barbara şəhərində təyyarə uçuşunun gecikməsi, ortaya maraqlı görüntülər çıxarıb. Laynerin 5 saat sonra uçacağının açıqlanmasından sonra, sərnişinlərin bu vaxtı necə keçirərəcəklərini düşündüyü bir vaxtda, səhnəyə balet qrupunun üzvləri çıxıb.

Sən demə həmin təyyarədə uçmaq istəyənlər arasında gənc baletmeyster və balerinalar da var imiş. Onlar sərnişinlərin darıxmaması üçün öz bacarıqlarını elə hava limanının ortasında nümayiş etdirməyə qərar veriblər.

Eskalatorlar üzərində fındıqqıran operasını oynayan rəqqaslar, ətrafdakılara əyləncəli anlar yaşadıb. Sərnişinlərdən biri bu hadisəni mobil telefonundan anbaan lentə alıb.

Sosial şəbəkələrə yerləşdirilən bu görüntülər, qısa zamanda böyük auditoriya kütləsi tərəfindən izlənilib.