» » Xoş söz deməyin 10 üsulu

Xoş söz deməyin 10 üsulu

Xoş söz deməyin 10 üsulu

Xoş sözləri irəli tutun, səmimi və inamlı olun – məhz belə onu sevməyə məcbur edəcəksiniz.

Qadınlar xoş sözdən ötrü "ölürlər". Heç bir şeyə baxmayaraq qadınlar hər hansı bir boş sözdən şam kimi əriyə bilərlər.

Lakin xoş sözləri səmimi və effektiv demək də hər kişinin işi deyil. Bunun üçün diqqətli olmaq lazımdır ki, səhv bir şey söyləməyəsiniz.

Xoş söz demək – bir bacarıqdır. Bu bacarığa sahib olmaq çətin olsa da bir neçə qaydanı bilsəz sizin üçün real ola bilər:

1. İnamlı olun. Xoş söz deməzdən əvvəl nə demək istədiyinizi özüvüz üçün müəyyənləşdirin. İnamlı olun və gülümsəyin.

2. Uzatmayın. Niyə? Çünki uzadan da çatdırmaq istədiyiniz məna itə bilər. Bezdirməyin.

3. Səmimi olun. Siz xoş sözlər deyəndə qadının buna inanması mütləqdir. Səmimi olmağa çalışın. Lakin özüvüzü əziyyətə də verməyin. Əgər görsəniz ki, səmimi alınmır yaxşısı heç bir şey deməyəsiniz.

4. Gizli özəlliklərə toxunun. Hətta əgər sizin qarşınızda dünya gözəli durubsa belə yaxşı olar ki, onu gizli özəllikləri, geyim zövqünə, əl qabiliyyətinə və sair bu kimi xüsusiyyətlərinə tərif yağdırasınız. Gözəlliyi barəsində xoş sözləri o, hər gün eşidir.

5. Ümumi sözlərdən qaçın. Ümumi sözlərdən nə qədər az istifadə etsəniz bir o qədər xoş sözləriniz təsirli olacaqdır.

6. İkimənalı sözlərdən uzaq durun. Misal üçün, "Bu gün necə də gözəlsən" cümləsini xoş söz adlandırmaq olmaz. Dərhal cavab yarana bilər ki, "Digər günlərdə gözəl deyil idim?".

7. Şişirtməyin. Misal üçün "Qırmızı rəng sənə yaraşır" tərif olsa da, "Sən dünyanın ən gözəl qadınısan" biraz şişirdilmiş kimi gəbul olunur.

8. Ağıl verməyin. Unutmayın, sizin olmayanadək onunla danışanda əmr etməyin. Misal, "bu paltar sənə çox yaraşır, həmişə belə geyin", bu artıq tərif deyil, ağıl verməkdir.

9. Uyğun vaxtı seçin. Hətta ən yaxşı lakin yersiz xoş söz insanı özündən çıxarda bilər.

10. Xoşniyyətli olun. Başqa insanlarla fərəhlənməyə utanmayın. Deyilən hər bir xeyirxah söz onu heyrətləndirəcək.