» » Baltayla müalicə edirlər - Heç kimin başına gəlməsin - VİDEO

Baltayla müalicə edirlər - Heç kimin başına gəlməsin - VİDEO

Baltayla müalicə edirlər - Heç kimin başına gəlməsin - VİDEO

Öz istəkləri ilə bədənlərinə balta vurdururlar. Çində və Tayvanda sakinlər və turistlər üçün tətbiq olunan bu qəribə müalicə üsulu, gün keçdikcə daha da populyarlıq qazanmaqdadır.

Bu cür müalicə üsuluna üstünlük verən şəxslərə, ilk növbədə özlərində olan qorxu hissini dəf etmək tapşırılır. Daha sonra balta müalicəsini həyata keçirən şəxs, baltanı bədənə yumşaq şəkildə toxundurmaqla irəli-geri hərəkət etdirməyə başlayır. Bu cür müalicə üsulu əsasən insanın bel, baş, əl və ayaq nahiyələrində tətbiq olunur. Deyilənlərə görə, bu cür müalicə üsulu, insanın ürək, qan-damar sisteminin fəaliyyətini yaxşılaşdırır, təzyiqi normallaşdırır və stressi aradan qaldırır.

Qeyd edək ki, geniş populyarlıq qazanan balta ilə müalicənin bir seansı 15 dollardır.