» » Hədiyyə qutusu, yoxsa vaxtı keçmiş mallar? - Diqqətli olun

Hədiyyə qutusu, yoxsa vaxtı keçmiş mallar? - Diqqətli olun

Hədiyyə qutusu, yoxsa vaxtı keçmiş mallar? - Diqqətli olun

Yeni il ərəfəsində mağazalarda uşaqlar üçün hədiyyə qutuları satılmağa başlanıb.

Ucarliyiq.biz xəzərxəbər-ə istinadən xəbər verir ki, əksər marketlərdəki hədiyyə qutularının üzərində içindəkilərin istehsal tarixi yoxdur. Hətta bəzilərinin içində nə olduğunu yalnız açandan sonra anlamaq olur.

Qutuların içində şirniyyatlar, uşaqlar üçün oyuncaqlar olur və çeşidlərdən asılı olaraq qiyməti 10 manatadək artır.

Mütəxəssislər hədiyyə qutularındakı şirniyyatlara və onların istehsal tarixinə diqqət etməyin vacib olduğunu deyirlər. Hədiyyənin içində isə qablaşdırılmış məhsullara üstünlük verilməlidir. Əks halda xoşagəlməz hallar qaçılmaz ola bilər.

Mütəxəssislərin fikrincə hədiyyələri uşaqlara verəcək şəxs onları açıq alıb qutulara ya da bəzəkli sellafonlara özü yığxsa yaxşıdır. Ən azından nə aldığını və təhlükəsiz olduğunu bilmək üçün.