» » Başına fata salıb toya gətirdilər - davamını görün... - VİDEO

Başına fata salıb toya gətirdilər - davamını görün... - VİDEO

Başına fata salıb toya gətirdilər - davamını görün... - VİDEO

Milyonlarla qızın, ərə getmək üçün həsrətlə qismətlərini gözlədiyi çində, robot gəlin ictimaiyyətə təqdim olunub. Elektro-texnika məhsulları istehsal edən yerli şirkətlərdən birinin ərsəyə gətirdiyi Caoye adlı gəlin, ilk gündən hər kəsin marağına səbəb olub.

Çinlilərin məqsədi, heç də robot gəlini insanların həyat yoldaşına çevirmək deyil. Çin toylarında toyun əzəmətinə uyğun xidmətçilər sifariş verib, onlara külli miqdarda pul ödəməkdənsə, bu electron gəlinlərin xidmətindən yararlanmaq daha münasib olacaq.

Gəlinlik paltarında olan robot artıq ilk toyunda iştirak edib. Tiancin şəhərində bir cütlüyün nikah mərasimində iştirak edən robot gəlin, üzükləri və içkini bəylə gəlinə şəxsən təqdim edib.

Çində son vaxtlar xidmətçi robotların istehsalı geniş yayılıb. Elə robot gəlin də eyni layihənin bir parçasıdır. Süni intellect səviyyəsi kifayət qədər yüksək olan robot gəlin, qonaqlara qulluq etmək bacarığına görə hərdən insanları da üstələyir. Buna sifarişin dəqiq vaxtında çatdırılması və təmizliyə riayəti misal göstərmək olar. (ATV.az)