» » İnstaqramın dəbli uşağı - Hər fotoya görə 250 dollar qazanır - VİDEO

İnstaqramın dəbli uşağı - Hər fotoya görə 250 dollar qazanır - VİDEO

İnstaqramın dəbli uşağı - Hər fotoya görə 250 dollar qazanır - VİDEO

Hələ ayaqüstə güclə dayanır, lakin indidən evə gəlir gətirir. Söhbət Avstraliyanın Sidney şəhərində yaşayan 22 aylıq Millie Belle Diamond-dan gedir. Hər şey 1 il əvvəl körpənin anasının öz övladının şəkillərini və videolarını instaqramda paylaşmasından başlayıb. Uşaq qısa müddət ərzində sosial şəbəkənin ən sevilən simasına çevrilib. Fotoları ən çox şəkillər sırasında yer alıb. Hətta körpə o qədər məşhurlaşıb ki, ən məşhur brendlərin də diqqətini çəkməyi bacarıb, dünyanın müxtəlif yerlərindən reklam təklifləri gəlməyə başlayıb. Hazırda 115 min izləyicisi olan 22 aylıq mavi gözlü Millie Diamondun müxtəlif firmaların geyim və aksesuarları ilə çəkilmiş fotoları instagram sosial şəbəkəsində yerləşdirilir. Hər fotoya görə isə balacaya 250 dollar ödənilir.