» » Avtomobilləri olan oxusun - bu ustalar... - VİDEO

Avtomobilləri olan oxusun - bu ustalar... - VİDEO

Avtomobilləri olan oxusun - bu ustalar... - VİDEO

Təcrübəli avtomobil ustasını gündüz vaxtı çıraqla axtarırıq desək yanılmarıq.

Hətta buna problem də demək olar. Təbii ki, avtomobili olan hər kəsin zaman-zaman ustaya ehtiyacı olur. Amma üz tutduğun təmir mərkəzlərinin əksəriyyətində rastlaşdığın problemlər, məsəlinin kökündə usta səriştəsizliyinin mövcudluğunu ortaya qoyur. Buna müxtəlif səbəblər göstərmək olar.Adətən, işinin daha rahat getməsi üçün müştəriyə təzə ehtiyat hissələri aldıran ustalar,problemin həll olunmadığı təqdirdə müxtəlif bəhanələrlə müştərini get-gələ salır. Nəticədə isə, ortada pulun və vaxtın gedir…Bəs görəsən, problemin kökündə nə durur?

Uzun illərdi nəzəri biliklərini tələbələrə öryədən Məsud Rüstəmbəyov, bu gün avtomobillərə texniki xidmət göstərən mütəxəsislərin bilik səviyyəsinin çox aşağı səviyyədə olduğunu deyir.

Azad Nəsirli çoxdanın ustasıdır, amma iş prosesində üzləşdiyi problemlərin daha doğru və daha asan yollarla həlli baxımından nəzəri biliklərə yiyələnməyi olduqca vacib sayır.

Rəyini öyrənmək istədiyimiz sürücülərin,əslində nə deyəcəyi bəri başdan məlum olsa da, hər halda yeni bir fikir eşitmək ümidi ilə yaxınlaşırıq:

Başqa bir mühərrik ustasi Vüqar İmanov deyir ki, iş prosesində müəyyən suallar ortaya çıxır ki, bunun da cavabını yalnız kitabda axtarırıq.

Əslində, peşəkar ustaların olmasının, sürücülərin rahatlığı ilə yanaşı,başqa bir əhəmiyyətli üstünlüyü var. Məsələn, ölkə xaricinə üz tutan hər bir müştəri təbii ki, görülən işin müqabilində pul xərcləyir. Nəzərə alsaq ki, hər bir usta həm də vergi ödəyicisidir, o zaman peşəkar ustalarımızın nə qədər vacib olduğu fakt olaraq ortaya çıxır…