» » Kökəlmək üçün yüz yola əl atan qadın - VİDEO

Kökəlmək üçün yüz yola əl atan qadın - VİDEO

Kökəlmək üçün yüz yola əl atan qadın - VİDEO

Xanımlar formada qalmaq üçün mütəmadi olaraq idmanla məşğul olur, hətta günlərlə ac da qalırlar. Lakin Amerika Birləşmiş Ştatlarında yaşayan Tammy Jung əksinə, artıq çəki almaq üçün əlindən gələni edir.

23 yaşlı Tammy kiçik yaşlarından idmanla məşğul olub. Lakin idmana ara verdikdən sonra sürətlə kökəlməyə başlayıb və 20 yaşında onun çəkisi nə az nə çox 100 kiloqram olub. Təbii ki, belə bir vəziyyətdə pəhriz saxlamaq ən doğru seçim olardı. Lakin artıq çəkiləri ilə barışan Tammy Jung əksinə, kökəlmək üçün mümkün qədər çox yeməyə başlayıb. Bir oturuma 5 min kalorilik yemək yeyən 23 yaşlı qızın, indi bir məqsədi var- dünyanın ən gözəl şişman qadını adına layiq görülmək...

Təbii ki, bir oturuma 5 min kalorilik yemək, insanın sağlamlığına mənfi təsir göstərər. Lakin yaxınlarının, hətta həkimlərin təkidinə baxmayaraq, Tammy Jung nə yeməklərdən əl çəkmək, nə də artıq çəkidən xilas olmaq niyyətindədir.