» » Atdığı tilova düşən balıq - adamın özünü dənizə apardı - VİDEO

Atdığı tilova düşən balıq - adamın özünü dənizə apardı - VİDEO

Atdığı tilova düşən balıq - adamın özünü dənizə apardı - VİDEO

Tilova düşən balıq, balıqçıdan daha güclü çıxdı. Çinin Hunan vilayətində bir balıqçının başına gələn hadisə, ortaya maraqlı görüntülər çıxarıb. Səbrlə tilova balığın düşməsini gözləyən çinlinin qismətinə, necə deyərlər rüsvayçılıq düşüb.

Balığı yaxaladığını görən çinli, dərhal tilovu yuxarı qaldıraraq onu sudan çıxarmaq istəyib. Ancaq, müqavimət göstərən balıq nəinki sudan çıxıb, hətta balıqçını dartaraq tilovla birgə suya salıb. Sürətlə uzaqlaşmağa çalışan canlı, balıqçını da suyun içində özü ilə birgə aparıb. Çörək axtarışına çıxan çinli az qala canından olacaqdı, tilovunu itirdi...

Xoşbəxtlikdən balıq tilovdan xilas ola bilib. Əks halda, balıqçının köməyinə heç kimin gəlməyəcəyi, görüntülərdə də öz əksini tapır. Suyu süzülə-süzülə sahilə yaxınlaşan balıqçı, yalnız bundan sonra həmkarlarının yardımı ilə sudan çıxıb.

Çin sahillərində köpək balığı və ya balinanın yaşamadığını nəzərə alsaq, xırda balıq ovuna çıxan balıqçını hansı balığın suda sürüdüyü məlum deyil.Ancaq, Balıqçının böyük bir şikarı əldən çıxardığı böyük ehtimaldır.