» » Qadağan olunmuş sevgi...

Qadağan olunmuş sevgi...

Qadağan olunmuş sevgi...

İlk sevgi deyirlər... İlk sevgi ilk hisslərdir, ilk duyğulardır, ilk həyəcandır. İnsanın ilk çılğınlıq etdiyi vaxtdır. Bir gün qarşına bir insan çıxır, o zaman hiss edirsən ki, bundan qabaq yaşadıqların boş imiş. Bundan qabaq heç sevməmisənmiş . Yenidən oyanır ürəyində ölmüş hisslər, yenidən qabarır həmin duyğular, hiss edirsən ki, yaşayırsan, gəncləşirsən, gözəlləşirsən. Nə qədər soyuq olsa da, yenə də qəlbində güllər açır. Yaş irəlilədikcə artan ağrı-acılar səngiyir, yerini xəfif ürək sızıltıları əvəz edir. Bu sızıltılar artıq ilk sevgidə yaşanan sızıltılar deyil . Bunlar başqadır. Bunlar fərqlidir. Daha dərin baxırsan həyata. Daha dolğun. Unudursan bütün problemləri, varlığı, yoxluğu, bir nöqtəyə adaptasiya olursan. Bəzən küsürsən özündən, taleyindən, bəzən də fikirləşirsən, elə belə də yaxşıdır. O başqa dünyada, sən başqa dünyada. Onun da fikri sənin yanındadır sənin kimi, o da gecələr gözünü yumanda səni düşünür, səni fikirləşir, səni arzulayır, sən uzun qış gecələrini onsuz yaşayırsan. Nəhayət, göz-gözə gəlirsən. Göz-gözə gələndə ətrafındakıları unudursan, burulğan aparır səni, sonsuzluğa gedirsiniz hər şeyi unudub. Deməyə söz belə tapmırsız. Təmas danışır, gözlər danışır, dodaqlar danışır...

Ayrılıq vaxtı... Getmək istəmirsən, ayaqların yerə mismarlanıb qalıb. Baxırsan sevdiyinin gözlərinə, baxırsan doymadan. Dünya ağ - qara rəngə boyanır. Getmək istəmirsən. Sağollaşmaq belə ağır gəlir. Məcbursan...

Ardından gələn telefon zəngləri də təsəlli olmur, ömür boyu qulaq asmadığın "slow mahnılar belə...

Növbəti görüşü gözləyirsən eyni həyəcanla, eyni özləmlə, eyni sevgi ilə. Beləcə həyatının ən gözəl anları gizli sevgi yaşamaqla keçir. Ürəyi ilə sənin yanında olan bir insanın bədəni ilə başqasının yanında olmağını qəbul edirsən .

Çox qəribədir, xoşbəxtlikdirmi bu?

P.S: İndi deyəcəksiniz, yəqin, özü yaşadığını yazıb, əsla... Ən yaxın rəfiqəmin həyatıdır bu. Mən bu qədər sevgi dolu deyiləm.

Vəfa Soltanova
xoshbextqadin.az