» » Heydər Əliyev Hava Limanında fleşmob - VİDEO

Heydər Əliyev Hava Limanında fleşmob - VİDEO

Heydər Əliyev Hava Limanında fleşmob - VİDEO

Gözlənilməz musiqili fləşmob oldu.

Heydər Əliyev Beynəlxalq Hava Limanında gözlənilməz musiqili fləşmob keçirilib. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, şəhərin qonaqlarını birinci terminalın gəlmə zalında xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi, ölməz "Arşın Mal alan" operettasından uvertüra ifa edən Azərbaycan Dövlət Gənclər Simfonik Orkestri qarşılayıb.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş fləşmob eskalatorla aşağı enən nağara ifaçısının ritmik kompozisiyalar ifa etməsi ilə başlayıb. Nağara ifaçısının ardından, musiqiçilər sürpriz vəd edən musiqi kakofoniyası yaradan müxtəlif melodiyaları eyni zamanda çalaraq terminalının müxtəlif tərəflərindən zalın mərkəzinə toplaşmağa başlayıblar.

Gəlmə tablosunun qarşısında bir kollektivdə toplaşan orkestr II mərtəbədə görünən Teymur Göyçayevin göstərişi ilə Üzeyir Hacıbəyovun məşhur əsərini möhtəşəm şəkildə ifa edib və bu da orada olan insanlar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Qeyd edək ki, bu il Azərbaycanda görkəmli bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 130 illiyi qeyd edilir.