» » Bu ölkədə hava pulla satılır - 46 dollar

Bu ölkədə hava pulla satılır - 46 dollar

Bu ölkədə hava pulla satılır - 46 dollar

Çinin paytaxtı Pekində içərisində təmiz hava olan balonlar satılmağa başlayıb.

Buna səbəb havanın həddən artıq çirklənməsidir. Belə ki, paytaxt sakinləri Kanadadan gətirilən təmiz oksigenlə dolu balonlar alır. Balonların qiymətləri həcminə görə dəyişir. Hazırda bir balonun qiyməti 46 dollardır. Daha kiçik balonların qiyməti isə 20-30 dollar arasında dəyişir. Bu isə 1 litr suyun qiymətindən 200 dəfə artıqdır.

Qeyd edək ki, Çinin paytaxtı Pekin, o cümlədən ölkənin şimal rayonlarında hava çirklənməsi səbəbindən həyəcan siqnalı verilib. Rəsmi şəxslər hava çirklənməsi sıx olan ərazilərdə yaşlı və uşaqlar başda olmaqla tənəffüs yolu narahatlığı olanların küçəyə çıxmaması barədə xəbərdarlıq edib.

Çində hava çirklənməsi şiddətini bildirən həyəcan sistemində mavi, sarı, narıncı və ən yüksək səviyyədə qırmızı olmaq üzrə dörd mərhələ tətbiq olunur.