» » Reabilitasiya mərkəzində əlil uşağa işgəncə verib, sonra güldulər - VİDEO

Reabilitasiya mərkəzində əlil uşağa işgəncə verib, sonra güldulər - VİDEO

Reabilitasiya mərkəzində əlil uşağa işgəncə verib, sonra güldulər - VİDEO

Türkiyənin Kocaeli bölgəsində fəaliyyət göstərən "Təhsil və reabilitasiya mərkəzi"ndə uşaqlara dəhşətli rəftar edilməsi faktı ortaya çıxıb.
Belə ki, yaramazlıq edən əlil uşağın geyimli vəziyyətdə hamama salındığı, üzərinə əvvəlcə qaynar, sonra isə soyuq su töküldüyü əks olunan kadırlar social şəbəkədə yerləşdirilib.

Başqa görüntülərdə isə qadın müəllimənin yerə uzatdığı əlil uşağın boğazını sıxması, uşağa sillə vurması və qorxutması faktı yer alıb. Uşaqlara edilən bu işgəncələri digər əməkdaşlar gülüşlə qarşılayıblar.

Qan donduran bu görüntülər Kartəpədə yerləşən "Köseköy Gənclər Təhsil və Reabilitasiya Mərkəzi"ndə baş verib. Ailələri tərəfindən yaxşı baxılması üçün mərkəzə verilən bu uşaqlar dözülməz rəftara məruz qalır və döyülürlər. Bəzi uşaqların isə tamamilə ailələrinin olmadığı, kimsəsiz olduqları müəyyən edilib.
Kadrlardan M.A. adlı qadın müəllimənin bir uşağı yerə uzadıb, üstünə çıxdığı və qorxutduğu görünür.

Başqa bir kadrda isə yenə M.A. adlı müəllimənin bir uşağı paltarlı hamama saldığı və həmin uşağın "çox istidir" deməsi izləyənləri dəhşətə gətirib. M.A. – nın əvvəlcə uşağın koftasının, sonra şalvarının içərisinə su tutaraq qəhqəhə ilə güldüyü eşidilir.

İşgəncə görən uşaqların səslərini çıxartmaması xüsusi diqqət çəkib. Müəllimə isə səsini çıxartmayan əlil uşağın paltarlarına su tutaraq "Bir də edəcəksənmi? Gəl deyəndə gəlmirsən, get deyəndə getmirsən. Söz ver görüm "-deyib. Eyni kadrlarda üzü görünməyən bir kişi isə "uşaq isindi, alov-alov yanır. Sərinlət uşağı"- deyərək M.A-ya nə etməli olduğunu izah edib.