» » Yerdə yatmaqdan "bezdilər" - asma tabutları tapıldı - VİDEO

Yerdə yatmaqdan "bezdilər" - asma tabutları tapıldı - VİDEO

Yerdə yatmaqdan "bezdilər" - asma tabutları tapıldı - VİDEO

Çinin Hubei ərazisində araşdırma aparan arxeoloqlar təəccüb və marağa səbəb olan məzarlıq aşkar ediblər. Məsələ burasındadır ki,bu məzarlığın tabutları torpağa basdırılmaq əvəzinə, yüz metrlik qaya üzərində asılıb.

Arxeoloqlar bu tabutların Tan sülaləsi dövrünə və qədim Bo xalqına məxsus olduğunu güman edirlər. Ekspertlərin fikrincə, yerli sakinlər qayalıqlarda məzarlıq salmaqla "Tanrılara daha yaxın olmaq" istəyiblər.Və yaxud, sadəcə cəsədləri vəhşi heyvanlardan qoruya bilmək üçün tabutları hündür yerlərdən asıblar. Lakin həmin dövrdə, insanların tabutları bu cür hündürlüyə necə qaldırıb asdıqları hələ də sirr olaraq qalır. "Asma məzarlıq" adı verilən bu müəmmalı məkan, turistlərin də diqqətini çəkib. Artıq yerli turizm idarəsi, asma məzarlığa turist turları təşkil etməyə başlayıb.

Xatırladaq ki, bu, ölkədə ilk belə tapıntı deyil. Bir müddət əvvəl Çinin Siçuan vilayətində araşdırma aparan britaniyalı arxeoloqlar, Qonqxian dağlarında asma məzarlıq aşkar etmişdilər. Üç min il yaşı olduğu güman edilən qəribə məzarlıqdakı son qəbirlərin 400 yaşı var idi.