» » Həkimləri utandırdı - robot işə müdaxilə etdi - VİDEO

Həkimləri utandırdı - robot işə müdaxilə etdi - VİDEO

Həkimləri utandırdı - robot işə müdaxilə etdi - VİDEO

Həkimlərin bacarmadığını, robot cərrah gerçəkləşdirdi. Çinin Çonqkin şəhərində xərçəng xəstəliyindən əziyyət çəkən sakinin əməliyyat olunmasında cərrahlarla yanaşı robot da iştirak edib. Heç bir səhlənkarlığa və ehtiyatsızlığa yol verməyən robot, dünya tarixində ilk dəfə süni damarı insana nəql edib.

57 yaşlı Çuan Yadzuanın əməliyyatında bədxassəli şişi kəsib çıxarmalı olan cərrahlar, kifayət qədər təcrübəli olsa da bir sıra problemlər, onları əməliyyatda Da Vinçi adlı robotdan istifadə etməyə vadar edib. Robotun sayəsində xəstənin bədəninin bir neçə yerdən yarılmasına ehtiyac qalmayıb.

Robotun qollarından biri xəstənin bədənindəki damarı saxlayıb, digər qolu isə üzərindəki cərrah alətləri ilə damarı yenidən tikib. Uğurla keçən əməliyyatdan sonra xəstənin vəziyyəti normal qiymətləndirilir.