» » 2015-ci ildə dünyada baş verən 11 mühüm hadisə

2015-ci ildə dünyada baş verən 11 mühüm hadisə

Başa çatmaqda olan 2015-ci il ərzində dünyada bir sıra ictimai-siyasi proseslər baş verib.
İnterAz 2015-ci ildə baş verən hadisələrdən 11 ən mühümünü təqdim edir.
1. Yanvar - 3 nəfər silahlı şəxs "Charlie Hebdo" jurnalının Parisdəki redaksiyasına daxil olaraq əməkdaşlara atəş açmağa başlayıb. Nəticədə baş redaktor da daxil olmaqla, 12 nəfər ölüb, 11 nəfər yaralanıb.Faciə ilə əlaqədar Parisdə 1 milyon 300 min insanın iştirakı ilə həmrəylik yürüşü keçirilib. `Charlie Hebdo` jurnalına dəstək aksiyasına 50-yə qədər ölkənin hökumət və dövlət rəhbərləri də qatılıb. Fransa hökumətinin təşkil etdiyi aksiyada əsasən "Azadlıq, qardaşlıq", "Hamımız Şarliyik" şüarları səslənib.
2. Mart - İŞİD Mosulun 20 km cənub-şərqində yerləşən 3 min ildən artıq yaşı olan Nemrut arxeoloji tarixi abidəsini dağıdıb.1980-ci illərin sonunda iraqlı arxeoloqlar bu tarixi abidənin altından qızıl və ləl-cəvahirat aşkarlayıblar. Bu, indiyədək aşkarlanan ən böyük xəzinə sayılır. 
2015-ci ildə dünyada baş verən 11 mühüm hadisə
3. İyul - Dünya gücləri beynəlxalq sanksiyaların ləğv edilməsi müqabilində İranın nüvə fəaliyyətini məhdudlaşdıran razılaşma əldə ediblər. ABŞ Prezidenti Barack Obama deyib ki, bu razılaşma ilə "İran üçün nüvə silahına aparan bütün yollar kəsilib". Onun iranlı həmkarı Həsən Ruhani razılaşmanın İranın dünya ilə münasibətlərində "yeni səhifə" açacağını bildirib. 
2015-ci ildə dünyada baş verən 11 mühüm hadisə
4. İyul - 54 ildən sonra ABŞ Kuba ilə diplomatik əlaqələri bərpa edir. ABŞ dövlət katibi Con Kerri Kubada Amerika səfirliyinin açılış mərasimində iştirak edib. ABŞ bayrağı Kubada 1961-ci ildə dəniz piyadaları tərəfindən endirilmiş və Amerika səfirliyi bağlanmışdı. Qeyd edək ki, Con Kerri son 70 il ərzində Kubaya səfər edən ilk amerikalı dövlət katibidir.
2015-ci ildə dünyada baş verən 11 mühüm hadisə
5. Avqust -  Avropada miqrant böhranı baş verir. Qeyri-leqal miqrant axınının kəskin artdığı Avropada hazırda yaranmış vəziyyət BMT tərəfindən "İkinci dünya müharibəsindən bəri dünyada ən böyük qaçqın böhranı" hesab olunur. Çünki qitəyə üz tutanların əksəriyyəti hazırda münaqişələrin, daxili müharibələrin, terrorizmin, xaosun hökm sürdüyü ölkələrdə yaşayış şəraitinin, humanitar vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar evlərini tərk etmək məcburiyyətində qalanlardır.
2015-ci ildə dünyada baş verən 11 mühüm hadisə
6. Sentyabr - Həcc ziyarəti dövründə  Səudiyyə Ərəbistanın Məkkə şəhərində əvvəlcə daşqın oldu. Daha sonra isə Məscidi Həramda kranın aşması nəticəsində 107 nəfər öldü, 238 nəfər isə xəsarət aldı. Ardınca Məkkədə dağ uçqunu nəticəsində azı 2 nəfərin öldüyü deyilir. Mina çölündə şeytan daşlama ayini zamanı baş vermiş izdiham faciəsində dünyasını dəyişən zəvvarların sayı 769 olub. Xəsarət alanların sayının isə 887 olduğu bildirilib.
2015-ci ildə dünyada baş verən 11 mühüm hadisə
7. Oktyabr -Türkiyənin paytaxtı Ankara şəhərində bəzi həmkarlar təşkilatlarının mitinq təyin etdiyi dəmir yolu stansiyası yaxınlığında 2 partlayış baş verib.  Partlayışda həlak olanların sayı 95 nəfərə çatıb. 246 nəfər müxtəlif xəstəxanalarda müalicə olunur. 

8. Oktyabr -  Misirdən Sankt-Peterburqa uçan "Koqalımavia" şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nətisəində bütün ekipaj üzvləri və sərnişinlər həlak olub. Nəticədə 224 (217 sərnişin və 7 ekipaj üzvü) nəfər həlak olub. Hadisə Misir turizminə mənfi təsir göstərdi.

9. Noyabr - Axşam saatlarında Parisdə 3 terror aktı törədilib. Nəticədə 153 nəfər ölüb, azı 200 nəfər yaralanıb. Onlardan 112-si "Bataklan" teatrının konsert zalında ölüb. Şəhərin şimal bölgəsində restoranlardan birində atışma olub. Daha sonra "Stad de France" stadionu yaxınlığında Fransa prezidenti, ölkənin xarici işlər naziri və Almaniya XİN rəhbərinin də izlədikləri Fransa-Almaniya futbol qarşılaşması zamanı bir neçə partlayış törədilib. 

2015-ci ildə dünyada baş verən 11 mühüm hadisə
10. Noyabr - Türkiyə qırıcıları Türkiyə sərhədini pozan Rusiyaya məxsus təyyarəni vurub. Vurulan döyüş təyyarəsinin sərhədi keçdiyi bildirilib. Hadisə nəticəsində Türkiyə və Rusiya arasında iqtisadi-siyasi münasibətlər pozulub. 

11. Dekabr - Azərbaycanda "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə qəza baş verib. 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb. 32 nəfər təxliyyə edilib. İtkin düşənlərin axtarışları hələ də davam etdirilir.

2015-ci ildə dünyada baş verən 11 mühüm hadisə