» » Yeni ildə niyə Şam ağacı bəzənir?

Yeni ildə niyə Şam ağacı bəzənir?

Yeni ildə niyə Şam ağacı bəzənir?

Ənənəvi olaraq bütün dünyada hər Yeni il münasibəti ilə müxtəlif görünüşdə Şam ağacları bəzədilir. Yəqinki bir çoxlarınıza maraqlı olardı ki, niyə məhz Şam ağacı?.
"Ucarliyiq.biz" öz araşdırmasında bu sualın cavabına aydınlıq gətirəcək.
Məlum olduğu kimi bu ənənin kökü Avropadan gəlir. Belə ki, keçmiş zamanlarda insanlar inanırdılar ki, dünyasını dəyişən adamların ruhları ağaclarda yaşamağa başlayır.
Şam ağacı bütün il boyunca yaşıl qalır və insanlar inanırdılarki, il boyu yaşıl qalan ağaclar Günəş tanrısının sevimli ağacıdır. Bundan başqa Şam ağacı müxtəlif növ meyvələr, cərəzlər və şirniyyatlarla bəzədilirdi.
Digər məlumata görə, şam ağacının bəzədilməsi qədim xalq inancları ilə bağlıdır. Bunun hansısa bir dinlə bağlılığı yoxdur. Xüsusi ilə şam ağacının ətrafında bu mərasimin keçirilməsi bəzi ədəbiyyatlarda və digər mənbələrdən aldığımız məlumatlara görə İsa Peyğəmbərin şam ağacının altında dünyaya gəlməsi göstərilir.
İlk şüşədən düzəldilən Şam ağacı bəzəyi isə 16-cı əsrdə Saksoniyada yaradılıb. Vaxt keçdikcə bəzəklər müxtəlif materiallardan hazırlanmağa başlanılıb.
Yeni il kimi qeyd olunan bu bayram isə xristianların bayramıdır. İsa Peyğəmbərin anadan olduğu gündən hesablanır. Yeni ilin Azərbaycan mədəniyyətinə daxil olması Sovet dövründə baş verib. Digər bütün bayramlar kimi yeni il bayramıda müxtəlif atributlar qazanıb. Dini bayram , İsa Peyğəmbərin anadan olduğu gün kimi yox,məhz bir təqvim dəyişikliyi günü kimi , bir xalq bayramı statusunu alıb.