» » Qadınlar niyə kişilərdən daha uzun yaşayır?

Qadınlar niyə kişilərdən daha uzun yaşayır?

Qadınlar niyə kişilərdən daha uzun yaşayır?

İmmunitet səviyyəsi ilə bağlı testlər bioloji yaşla əlaqədar məlumat verir.

Araşdırmalara görə, qadınların kişilərdən uzun yaşamasının səbəbi, immunitet sistemlərinin daha güclü olmasıdır. Bədənin müdafiə etməsi yaşla azalarkən, kişilərin xəstəliklərə qarşı müqavimətinin aşağı olması ömürlərini də azaldır. Yaponiyalı alimlər hesab edir ki, immunitet səviyyəsi ilə bağlı testlər, bioloji yaşla əlaqədar hər şeyi göstərir.

Məlumata görə, immunitet sistemi, bədəni infeksiyaya və xərçəngə qarşı qoruyur. Yaponiyada edilən araşdırmada, immunitet sistemində yaşla əlaqəli dəyişikliklərin, qadınlarla kişilərdə orta ömür müddəti arasındakı fərqi açıqlayıb-açıqlaya bilməyəcəyi araşdırıldı. Yaşları 20-90 arasında dəyişən 356 sağlam qadın və kişidən alınan qan nümunələrini araşdıran alimlər hər iki cinsdə də, gözlənildiyi kimi yaşla birlikdə ağ qan hüceyrələrinin azaldığını müşahidə etdi. Ancaq immunitet sisteminin iki təməl elementi olan T və B hüceyrələrinin yaşlanma sürətinin qadınlar və kişilər arasında fərqli olduğu müşahidə edilib.