» » Bir paylaşıma 140 min dollar qazanır

Bir paylaşıma 140 min dollar qazanır

Bir paylaşıma 140 min dollar qazanır

İdmançıların sosial şəbəkələrdəki məşhurluğunu hamımız bilirik. Maraqlısı odur ki, onlar bu məşhurluqdan istifadə edib pul qazanır. İdmançılar üçün sosial media kompaniyaları tərtib edən "Opendorse"nin araşdırmasına görə, 23.2 milyon izləyicisi olan ABŞ-ın məşhur basketbolçusu, NBA (National Basketball Association) ulduzu Lebron Cems, hər paylaşım üçün140 min dollar qazanır.

Lebron Cemsdən sonra paylaşımları ən dəyərli oyuncular Kevin Durant, məşhur boksçu Floyd Mayvezə və NBA-nın məşhur basketbolçusu Dvit Ovarddır.
Kevin Durantın bir paylaşımının dəyəri 66 min, Floyd Mayvezin 35 min, Dvit Ovardın isə 34 min dollardır.