» » Bu "iPhone" 1 həftə zaryadkasız işləyəcək

Bu "iPhone" 1 həftə zaryadkasız işləyəcək

Bu "iPhone" 1 həftə zaryadkasız işləyəcək

Böyük Britaniyanın`Intelligent Energy` şirkəti `iPhone 6` üçün bir həftə enerji saxlayacaq batareya yaradıldığını elan edib.

Məlumata görə, batareya patentləşdirilmiş texnologiya əsasında işləyir. Şirkət iddia edir ki, yeni batareyadan istifadə etmək üçün `iPhone`nun ölçü və formasını dəyişməyə ehtiyac yoxdur.

`Biz o qədər incə batareya yaratmağa müvəffəq olduq ki, ondan hazırda bazarda olan modellərdə istifadə etmək olar`, - deyə `Intelligent Energy` şirkətinin baş direktoru Henri Vinand bildirib.

Adi `iPhone`lardan fərqli olaraq yeni qurğuların arxasında su buxarları üçün ventilyasiya dəlikləri olmasıdır.

`Intelligent Energy` şirkəti bəyan edib ki, hazırda şirkət yeni batareyanın qiymətini müəyyənləşdirir.

Şayələrə əsasən şirkət özü `Apple`la sıx əməkdaşlıq edir. Lakin Vinand bu barədə yayılan məlumatları şərh etməkdən imtina edib.//azvision.az