» » Prezidentə uçan balta verdilər (FOTO, VİDEO)

Prezidentə uçan balta verdilər (FOTO, VİDEO)

Prezidentə uçan balta verdilər (FOTO, VİDEO)

Rusiyada keçirilən “MAKS-2015” adlı Beynəlxalq Aviasiya və Kosmik sərgidə iştirak edən Vladimir Putin ona təqdim edilən “uçan baltanın” həqiqətən də uçduğuna inanmadı.
Ucarliyiq.biz xəbər verir ki, Putin aləti görəndə ixtiraçi 17 yaşlı Pavel Komarova “bu balta həqiqətən uçur?" sualını verib. Baltanın uça bildiyini iddia edən uşaq isə “əlbəttə” cavabını verib.
Ancaq “Komsomolskaya Pravda” qəzetinin müxbiri Dmitriy Smirnov “Twitter” səhifəsində ixitaçının göstərdiyi “uçan baltanın” həqiqiliyinə Putinin inanmadığını yazıb.
Prezidentə uçan balta verdilər (FOTO, VİDEO)

"Uçan baltanı" ixtira edən uşaq
“Putin baltanın uça biləcəyinə inanmadı. Sadəcə ixtiraçını həvəsdən salmamaq üçün özünü inanmış kimi göstərdi”. - deyə jurnalist bildirib. “Lifenews” qəzetinə müsahibə verən ixtiraçılar baltanın uça biləcəyinə heç kimin inanmadığını deyiblər.
Prezidentə uçan balta verdilər (FOTO, VİDEO)

Putin uçduğuna inanmadığı balta ilə
Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan “uçan balta” barədə daha bir fakt ortaya çıxıb. Məlum olub ki, Pavel Komarovun yeni ixtira kimi göstərmək istədiyi balta barədə 1986-ci ildə nəşr edilən bir elmi jurnalda məlumat olub.

Mənbə: Ans</span