» » Bu günün tarixi (27.08.2013)

Bu günün tarixi (27.08.2013)

Bu günün tarixi (27.08.2013)

Miladi: 27 avqust 2015
Hicri: 12 zilqədə 1436
İlin 238-ci günü
İlin sonuna 127 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 05.48
Günəş - 07.02
Zöhr - 13.47
Əsr - 18.03
Məğrib – 20.38
İşa - 22.01
e.ə.551-ci ildə Çin filosofu Kon Fu Dzı anadan olub
1576-cı ildə italiyalı rəssam Tisian vəfat edib
1590-cı ildə Roma papası V Sikst vəfat edib
1632-ci ildə hollandiyalı mikrobioloq Antoni van Levenhuk vəfat edib
1770-ci ildə alman filosofu Georq Hegel anadan olub
1813-cü ildə Drezden döyüşündə Napoleon Rusiya, Prussiya və Avstriyanın müttəfiq qüvvələri üzərində qələbə qazanıb
1860-cı ildə Savoya əyaləti Fransanın tərkibinə daxil olub
1863-cü ildə azərbaycanlı şair Bахış bəy Səbur anadan olub
1871-ci ildə amerikalı yazıçı Teodor Drayzer anadan olub
1874-cü ildə Fransanın 16-cı prezidenti Vensan Oriol anadan olub
1883-cü ildə Krakatau vulkanının püskürməsi nəticəsində yaranan sunamidən İndoneziyada 36 min insan həlak olub
1908-ci ildə “Hicaz” dəmiryolu fəaliyyətə başladı və İstanbuldan ilk qatar Mədinəyə yola düşdü
1928-ci ildə Brian-Kelloq Paktı imzalanıb
1932-ci ildə amerikalı tarixşünas David Fromkin anadan olub
1939-cu ildə Alman mühəndisi Ernst Heynkelin tikdiyi reaktiv mühərrikli təyyarənin ilk uçuşu baş tutub
1941-ci ildə kabo-verdeli müğənni Sezariya Evora anadan olub
1955-ci ildə Ginnesin rekordlar kitabı Böyük Britaniyada satışa buraxılıb
1958-ci ildə ilk stereu plastinkalar datışa çıxarıldı
1971-ci ildə amerikalı fotoqraf Marqaret Burk Uayt vəfat edib
1977-ci ildə portuqaliyalı futbolçu Deko anadan olub
1984-cü ildə azərbaycanlı yunan-roma güləşçisi Vitali Rəhimov anadan olub
1989 - Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Dağlıq Qarabağın erməni əhalisinin "səlahiyyətli nümayəndələr qurultayı"nın qərarlarını qeyri-qanuni elan edib. Erməni separatçıları avqustun 16-da Stepanakertdə (Xankəndi) "qurultay" keçirərək Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtar vilayət statusundan imtina edilməsi barədə qərar qəbul ediblər.
1991 - Naxçıvan Ali Məclisinin fövqəladə sessiyasında muxtar respublika ərazisində Sov.İKP-nin və komsomol təşkilatının fəaliyyətinin dayandırılması və onların əmlakının milliləşdirilməsi haqqında qərar qəbul edilib. Ali Məclis Moskvada kommunust-revanşist qüvvələrin "avqust qiyamı"nı pisləyən bəyanat qəbul edib. Cəmiyyətin tələbinə baxmayaraq Azərbaycanın o vaxtkı partiya-sovet rəhbərliyi bu məsələdə hələlik susmağa üstünlük verirdi. - Həmin gün Bakı Şəhəri Xalq Deputatları Sovetinin qərarı ilə şəhərin mərkəzi meydanında Leninin heykəli sökülüb və meydana rəsmən "Azadlıq" meydanı adı verilib.
1991-ci ildə Moldova müstəqilliyini elan edib
1992-ci ildə Azərbaycan Respublikası Qvineya Bisau ilə diplomatik əlaqələr qurub
1998-ci ildə azərbaycanlı kinorejissor Tofiq Tağızadə vəfat edib
2005 - MDB dövlət başçılarının Kazanda (Rusiya, Tatarıstan) keçirilən sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Koçaryan arasında Dağlıq Qarabağ nizamlanması ilə bağlı növbəti görüş keçirilib.

Mənbə: Ans</span