» » Azərbaycanda qohum olan məmurlar - Yol verin qudam gəlir

Azərbaycanda qohum olan məmurlar - Yol verin qudam gəlir

Azərbaycanda qohum olan məmurlar - Yol verin qudam gəlir

Azərbaycanda bəzi məmurların qohumluq münasibətində olması, bir-birilərinə qız verib, qız alması heç kimə sirr deyil.

Ucarliyiq.biz aktual.az saytının bu barədə araşdırmasını təqdim edir:

Nəqliyyat naziri Ziya Məmmədovla Kənd Təsərrüfatı naziri Heydər Əsədov qudadır. Belə ki, Ziya Məmmədovun oğlu Anar Məmmədov Heydər Əsədovun qızını özünə xanım seçib.

Ziya Məmmədovun qızı isə Milli Məclisin deputatı Əlağa Hüseynovun oğlu ilə ailə həyatı qurub.

Milli Məclisin digər deputatı Sabir Rüstəmxanlı və Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev də Ziya Məmmədovla qohumdular.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov oğluna Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qızını gəlin alıb.

Vergilər naziri Fazil Məmmədovun bacısının həyat yoldaşı Binəqədi rayonunun hazırki icra başçısı Xaləddin İsgəndərovdur.

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə ilə qudadır.

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov AHİK sədri Səttar Mehbalıyevlə qudadır.

Milli Məclisin spikeri Oqtay Əsədov Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevlə qudadır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Milli Məclisin deputatı Qalib Salahzadə ilə qudadır.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Prezident Admisntrasiyasının şöbə müdiri Məhərrəm Əliyevlə sabiq səhiyyə naziri Əli İnsanov quda olsalar da, sonradan övladları yola gedə bilməyib və yollarını ayırıblar.