» » Apple-dan iPhone 6C sürprizi

Apple-dan iPhone 6C sürprizi

Apple-dan iPhone 6C sürprizi

Apple-ın Çindəki istehsalçı firmalarına əsaslandırılan iddialara görə, texnologiya nəhəngi Noyabr ayında iPhone 6C adlı 4 düyümlük yeni modelini bazara çıxardacaq.

Apple-ın 2013-cü ildə iPhone 5S ilə eyni zamanda "ucuz iPhone" strategiyası ilə bazara çıxardığı iPhone 5C modeli gözlənilən marağı görməmişdi. Ancaq yeni iddialara görə, Apple, qısa müddət ərzində iPhone 6C adlı bir modelini təqdim edə bilər.

Apple-ın Çindəki istehsalçı firmalarına əsaslandırılan xəbərlərə görə, bu model ilə iPhone 4 ilə son qoyulan 4 düymlük ekrana qayıdılacaq. iPhone 6C, 16 GB variantına da malik olacaq. Eyni iddiaya görə, Apple-ın 16 GB variantı yeni iPhone 6S və iPhone 6S Plus modellərində olamayacaq.

İPHONE 6C NOYABRDA RƏFLƏRDƏKİ YERİNİ ALACAQ

Telefon kilidini və App Store-dan edilən alış-verişlərdə şifrə yerinə keçən Touch ID xüsusiyyətinə də malik olacağı bildirilən modelin qiyməti haqqında bir məlumat isə yoxdur. Bu modelin Noyabr ayında rəflərdəki yerini alacağı irəli sürülür.

YENİ İPHONE 6 S-LƏR NƏ VAXT TƏQDİM EDİLƏCƏK?

iPhone 6S-in bir əvvəlki modeldə olduğu kimi 4.7 düym ekrana, iPhone 6S Plus-un isə 4.4 düym ekrana malik olacağı gözlənilir. Fors Touch funksiyasının olacağı gözlənilən iPhone 6S və iPhone 6S Plus-un 9 Sentyabrda təqdim ediləcəyi gözlənilir. Fərqli toxunuşları hiss edən və bu sayədə istifadəçinin əmrlərini yerinə yetirən Fors Touch-ın iphone 6S-dən başqa yeni nəsil iPad modellərində də olacağı güman edilir.