» » Arvadını döyənlər maaş almayacaqlar

Arvadını döyənlər maaş almayacaqlar

Arvadını döyənlər maaş almayacaqlar

Türkiyədə Muradpaşa bələdiyyəsinin işçiləri ailələrində zorakılıq hallarına yol verdikdə maaşı özləri deyil, həyat yoldaşları alacaq.

Türkiyə mətbuatında yer alan məlumata görə, hər hansı bir işçinin xanımı şiddətə məruz qaldığını təsdiq edən sənədi bələdiyyəyə təqdim etdikdə ərinin maaşından 1300 lirə ona veriləcək. Bələdiyyə bu təşəbbüslə ailədaxili zorakılığa qarşı cəmiyyətə bir mesaj vermək istəyir.

Bələdiyyə sədri Ümid Uysal bu günə kimi bununla bağlı hər hansı bir müraciətin olmadığını deyib: "İşçilərimiz sağ olsun, ailədə zorakılıq halı ilə hələ ki, qarşılaşmamışıq".//qafqzinfo