» » Qafqazın ən səsli-küylü Moto Festivalına hazırlıq - Video

Qafqazın ən səsli-küylü Moto Festivalına hazırlıq - Video

Qafqazın ən səsli-küylü Moto Festivalına hazırlıq - Video

IV Qafqaz Moto Festivalına bir gün qalıb.
ANS TV-nin məlumatına görə, Şəkidə reallaşacaq tədbirlə bağlı hazırlıqlar da yekunlaşmaq üzrədir.
Azərbaycanin Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin ad günü ərəfəsində keçiriləcək motofestival bu il yenə, maraqlı şou vəd edir.
Hazırda Şəki Olipiya Stadionunda IV Beynəlxalq Qafqaz Moto Festivalına hazırlıqla bağlı möhtəşəm səhnə qurulur. Belə ki, sabah axşam saatlarında Qafqazın ən səsli-küylü Moto Festivalına start veriləcək.
Artıq Şəkinin mərkəzi küçələrində Moto Festivalın afişaları vurulub. Eyni zamanda səhnənin quraşdırılmasında, afişaların və bannerlərin vurulmasında yaradıçı heyətlə yanaşı bu işə könüllülər də cəlb edilib.
Şəki Olimpiya Stadionun həyətində çadır düşərgəsi salınıb. Bu çadırlarda festivala qatılacaq bakerlər qalacağı gözlənilir.
Bir neçə saatdan sonra həm yerli, həm də əcnəbi KİV nümayəndələri Şəkidə olacaqlar. Hazırda festivala hazırlıq yüksək səviyyədə davam etdirilir.
Şəkidə Qafqazın ən səsli-küylü Moto Festivalının ən yüksək səviyyədə keçiriləcəyi gözlənilir.

Mənbə: Ans</span