» » Bu gün böyük festivala start verilir - Video

Bu gün böyük festivala start verilir - Video

Bu gün böyük festivala start verilir - Video

Bu dəfə də motosiklet həvəskarları Şəkiyə toplaşacaq. Bu gündən ölkəmizin ən qədim şəhəri yenidən öz qapılarını dünyanın dörd bir tərəfindən gələn baykerlərin üzünə açacaq.
28-30 avqust tarixlərində Şəkidə IV Beynəlxalq Qafqaz Moto Festivalı öz işinə başlayacaq. Artıq bu möhtəşəm festivalla bağlı rayonda son hazırlıq işləri də başa çatmaqdadır.
Hazırda Şəki Olimpiya Kompleksində səhnənin quraşdırılmasının tamamlama işləri görülür, baykerlərin gecələməsi üçün çadırlardan ibarət düşərgə quraşdırılır.
“Harley Davidson” “Baku HOG Azerbaijan”, Şəki İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Çingiz Mustafayev Fondunun təşkilatçılığı ilə baş tutacaq festivalda ötən il olduğu kimi bu dəfə də baykerlərin motosikletlərdə göstərdikləri əsrarəngiz şoularla start göturəcək.
Bu gün böyük festivala start verilir - Video

Layihə rəhbəri Nərmin Şıxəlizadə bildirib ki, Türkiyə, Gürcüstan, Rusiya, İran, Böyük Britaniya bə digər ölkələrdən gələn baykerlər IV Beynəlxalq Qafqaz Moto Festivalına qatılacaqlar: "Şəkidə çıxış edəcək dünya şöhrətli Lady Gaga, Elvis Presli, Beatles, Kiss qruplarının “Tribute”ları isə festivala xüsusi rəng qatacaq.
Fesivalda həmçinin yerli müğənnilərin ifası və xarici DJ-lərin çoşdurucu musiqiləri təqdim olunacaq.
Qafqaz Moto Festivalı çərçivəsində sərgi-yarmarka da təşkil olunacaq. Sərgi-yarmarkada motobrendlər, moto və digər aksessuarlar, həmçinin Azərbaycan mədəniyyətini əks etdirən əşyalar nümayiş olunacaq.
Festival iştirakçılarına xüsusi turlar vasitəsilə gün ərzində şəhərin tarixi abidələri ilə tanışlıq imkanı yaradılacaq.
Rayon sakinləri isə artıq ikinci dəfə reallaşacaq bu festivalı maraqla gözləyir.
Şəki gənclər və idman idarəsinin rəisi Vüqar İsgəndərovun sözlərinə görə, gənclər çox böyük həvəslə festivalın açılışını gözləyir: "Ümumiyyətlə festivalların təşkili ilə bağlı kifayət qədər təcrübə toplamışıq. Ötən il keçirilən Moto Festival yaddaqalan oldu. Bu il də bir daha əzəmətli festivala tamaşa edəcəyik”.
Moto Festivala motobrendlər, motoklublar, moto mədəniyyət aləmilə maraqlananlar, ümumiyyətlə, maraqlı gün keçirmək istəyən hər kəs qatıla bilər.
Şəki Olimpiya Kompleksində təşkil olunacaq Moto Festivalda iştirak pulsuzdur.

Mənbə: Ans</span