» » Ən az emosional xalqlar - siyahıda Azərbaycan da var

Ən az emosional xalqlar - siyahıda Azərbaycan da var

Ən az emosional xalqlar - siyahıda Azərbaycan da var

Rusiya və bir sıra keçmiş sovet respublikaları dünyanın ən az emosional ölkələri kimi tanınıb.
Ucarliyiq.biz xəbər verir ki, buna Qellapa ictimai rəyinin ABŞ institutu tərəfindən keçirilmiş tədqiqatlar sübut edib.
Sosioloqlar 148 ölkə sakinlərindən özlərini pozitiv və ya neqativ emosiya hiss edib-etmədiklərini soruşublar.
Rusiyada, Ukraynada, Litvada bu suala 10 sakindən 4 cavablandırıb (40%). Azərbaycanda bu göstəricinin səviyyəsi 38% təşkil edib, Belarus da isə 39%. Daha çox emosiya Qazaxstan və Moldova sakinlərində qeyda alınıb (41%), Türkmənistan, Qırğızıstan və Estoniya – 42%, həmçinin Tacikistan– 43%, Latviya– 44%, Özbəkistan – 45% və Ermənistan – 46%.
Emosional ölkələr arasında aparılan tədqiqat nəticəsində liderliyi Latın Amerikası ölkələrinin nümayındələri qazanıb. 10 sakindən 6 -sı hislərə aid olan suala müsbət cavab veriblər. Boliviyada Salvadorda bu göstərici 59% təşkil edib. Ekvador, Filippin, Nikaraqua, Qvatemala və İraq həmin dövlətlərdən geri qalmayıb (58%).

Mənbə: Ans</span