» » Ancaq sağlam uşaqlar peyvən olunmalıdır - Video

Ancaq sağlam uşaqlar peyvən olunmalıdır - Video

Ancaq sağlam uşaqlar peyvən olunmalıdır - Video

Uşaq infeksion xəstəlikləri çox təhlükəli olub, bəzən çox ağır keçir. Hətta əlillik, bəzən isə ölümlə də nəticələnə bilir. Bu cür xəstəliklərin qarşısını almaq üçün illər boyu ən yaxşı üsul vaksinasiya olub. Lakin müasir dövrdə bəzi valideynlərdə belə bir fikir yaranıb ki, peyvəndlər böyük bir bəladır və uşağın sağlamlığı naminə onlardan imtina etmək lazımdır. Ona görə də çoxu bu prosesə şübhə ilə yanaşırlar.
Həkimlər bildirirlər ki, yalnız uşaq tam sağlam olduğu halda peyvənd oluna bilər. Əgər körpə yaxın bir ay ərzində heç bir xəstəlik keçirməyibsə, vaksinasiya günü uşaqda hər hansı bir xəstəlik - zökəm, öskürək, səpgilər hərararət yoxdursa, peyvəndin heç bir ziyanı yoxdur.
Pediatr Rəyanə Quluzadə bildiridi ki, xroniki xəstəlixləri, nevroloji problemləri olan uşaqların peyvənd edilməsi əks göstərişdir.
Həkim onu da vurğuladı ki, istənilən halda peyvəndin xeyirdən başqa ziyanı yoxdur.
Yəni gələcəkdə daha ağır xəstəliklərin uşaqları haqlamaması üçün bu vaksinasiya mütləqdir.

Mənbə: Ans</span